Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini A.Məmmədov saxlanılıb
21.10.2022
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində 3 həyətyanı sahədən su sayğacı, su mühərriki və inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Yevlax şəhər sakini C.Əmirovdan 1 kiloqram 975 qram marixuana aşkar olunaraq götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əmirovdan 1 kiloqram 975 qram marixuana aşkar olunaraq götürülüb.
Bərdə rayonunun Alpoud kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 21-də saat 12 radələrində Bərdə rayonunun Alpoud kəndi ərazisində rayon sakini L.Hüseynli idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən rayon sakini Nicat Tağıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Quba rayonunun Püstəqasım kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 21-də saat 21 radələrində Quba rayonunun Püstəqasım kəndi ərazisində rayon sakini C.Həmzəyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən rayon sakini Tahir Nurullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 21-də saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində rayon sakini Ə.Qurbanov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb və nəticədə sərnişini, Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb. Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
20.10.2022
Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilnən şəxslərdən 4-ü saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov, K.Əliyev, Ş.Musayev, A.Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.
Bakı şəhər sakini Q.Mövsümovdan 43 qramdan artıq heroin, 361 qramdan çox marixuana və 19 ədəd metadon aşkar olunaraq götürülüb
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Q.Mövsümovdan 43 qramdan artıq heroin, 361 qramdan çox marixuana və 19 ədəd metadon aşkar olunaraq götürülüb.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri K.Vahabov və E.Əsgərov müəyyən olunaraq saxlanılıblar
Xətai RPİ-nin 35-ci Polis Bölməsinə G.Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Vahabov və E.Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.