Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Bakir Nuriyev müəyyən olunaraq saxlanılıb
23.10.2022
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Q.Qarayev prospektində yerləşən kafelərin birində oradakı işçinin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Bakir Nuriyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 23-də saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quba rayonunun Xınalıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 23-də saat 19 radələrində Quba rayonunun Xınalıq kəndi ərazisində rayon sakini Şıxbaba Hacıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırıb və nəticədə sərnişini olan rayon sakini Rauf Lalayev hadisə yerində ölüb.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 23-də saat 19 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində rayon sakini X.Qocayev idarə etdiyi “VAZ-2103” markalı avtomobili yolun kənarında dayanmış R.Məbudova məxsus “QAZ-33021” markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən X.Qocayevin sərnişini Fariz Qarayev orada ölüb.Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Kürdəmir rayonunun Karrar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 23-də saat 19 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində Bakı şəhər sakini İ.Alızadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 23-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Şərifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən Qobustan rayon sakini Kənan Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Xətai rayonunun Y.Səfərov küçəsində
Oktyabrın 23-də saat 4 radələrində Xətai rayonunun Y.Səfərov küçəsində Abşeron rayon sakini T.İmanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
22.10.2022
Oktyabrın 22-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
10 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gədəbəy rayonunun Çiçəkli kənd sakini S.Qasımov saxlanılıb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 10 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Çiçəkli kənd sakini S.Qasımov saxlanılıb. Araşdırma aparılır.
Yabanı halda bitən 1 ton 455 kiloqram çəkidə 2114 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Kəpənəkçi kəndi ərazisində 1,2 hektar torpaq sahəsində yabanı halda bitən 1 ton 455 kiloqram çəkidə 2114 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.