Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.10.2022
Oktyabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Ə.Xammədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Yusif Baxşiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 24-də saat 21 radələrində Gədəbəy rayonunun Maarif kəndi ərazisində rayon sakini Amid Qurbanov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Vahid Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Tovuz rayon sakini T.Hüseynov müəyyən olunaraq saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 1800 manat dəyərində qızıl boyunbağının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş T.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini D.Rüstəmzadə müəyyən olunaraq saxlanılıb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Fərəcovun “Mercedes” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda, “Ford” və “VAZ-2104” markalı iki avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş D.Rüstəmzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.Məmmədov və E.Həsənov müəyyən olunaraq saxlanılıblar
Samux Rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.Məmmədov və E.Həsənov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Narkotik vasitə ilə tutulan N.Həmidzadənin yaşadığı evə baxış zamanı oradan 148 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulan N.Həmidzadənin yaşadığı evə baxış zamanı oradan 148 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Qəbələ şəhər sakini R.Hüseynquliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Hüseynquliyevdən qanunsuz saxladığı “Bum” markalı ov tüfəngi götürülüb.
Astara rayonunun Artupa kənd sakini E.Manafovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Artupa kənd sakini E.Manafovdan qanunsuz saxladığı “Tolka” markalı ov tüfəngi götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
23.10.2022
Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şəmkir rayon sakini Ruslan Bayramovu qətlə yetirməkdə şübhəli bilinən Çinarlı qəsəbə sakini M.Eyubov tutularaq istintaqa təhvil verilib
Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 22-də saat 14 radələrində Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Eyubovun tüfəngdən açdığı atəşlə R.Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Eyubov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində tutularaq istintaqa təhvil verilib. Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi R.Bayramova məxsus “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.