Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəki rayon sakini R.Xəlilovdan 2 kiloqram 65 qram marixuana götürülüb
09.10.2022
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan 1-ci Biləcik kənd sakini R.Xəlilovdan 2 kiloqram 65 qram marixuana aşkar olunaraq götürülüb.
Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Bakı şəhər sakinləri O.Quliyev və R.Məmmədov qanunsuz ov etdikləri üçün saxlanılıblar
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 9-da Padar qəsəbəsi ərazisində Bakı şəhər sakinləri O.Quliyev və R.Məmmədov qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olan 2 ədəd “BA312” və “Huğlu” markalı ov tüfəngləri, 1 ədəd “Kral Puncher” markalı tir tüfəngi, 97 ədəd patron, 2 qutu tir patronları, 2 ədəd patrondaş, digər ov ləvazimatları və 8 ədəd ovlanmış çöl ördəyi aşkar olunaraq götürülüb.
Sumqayıt şəhər sakini E.Səmədova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini V.Məmmədov avtomobillə birgə saxlanılıb
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə oktyabrın 9-da gecə saatlarında 42-ci məhəllə ərazisindən şəhər sakini E.Səmədova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini V.Məmmədov avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Astara rayonunun Xıçasu kənd sakini M.Gənciyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xıçasu kənd sakini M.Gənciyevdən qanunsuz saxladığı “İJ-18” markalı ov tüfəngi götürülüb.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə Bakı şəhər sakini M.Nağızadəni vuraraq hadisə yerindən yayınan sürücü R.Kərimov saxlanılıb
Oktyabrın 9-da saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini R.Kərimov saxlanılıb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Yevlax rayonunun Gülövşə kəndi ərazisində “VAZ-210104” və “Tofaş” markalı avtomobillər toqquşub
Oktyabrın 9-da saat 10 radələrində Yevlax rayonunun Gülövşə kəndi ərazisində Şəki rayon sakini İ.Kazımzadənin idarə etdiyi “VAZ-210104” və Salyan rayon sakini F.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə F.Kərimovun sərnişinlərindən Günay Kərimova hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quba şəhəri ərazisində “Hyundai” markalı avtomobillə şəhər sakinləri G.Fərzəliyeva və 2 oğlu vurulub
Oktyabrın 9-da saat 16 radələrində Quba şəhəri ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarı ilə gedən şəhər sakinləri Günay Fərzəliyevanı və 2 oğlunu vurub. Nəticədə G.Fərzəliyeva hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən uşaqların vəziyyətləri qənaətbəxşdir.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
08.10.2022
Oktyabrın 8-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Beyləqan rayonundan 14 yaşlı bir qızı evlənmək məqsədilə zorla qaçıran şəxslər Samux rayonu ərazisində avtomobillə birgə saxlanılıblar
Beyləqan Rayon Polis Şöbəsinə oktyabrın 7-də rayon sakini olan 14 yaşlı bir qızın evlənmək məqsədilə oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qızın rayon sakini F.Kamilli tərəfindən O.Ənvərli ilə birgə “VAZ-21099” markalı avtomobildə zorla qaçırılması müəyyən olunub. Görülən tədbirlərlə onlar Samux rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.Faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
Salyan rayonunun Noxudlu kənd sakini K.Nəcəfovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Noxudlu kənd sakini K.Nəcəfovdan qanunsuz saxladığı “TU” markalı ov tüfəngi götürülüb.