Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini S.Soltanovdan 10 qramdan artıq heroin götürülüb
09.11.2022
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Soltanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülüb.Araşdırmalarla onun rayon ərazisindəki 4 evdən qızıl-zinət əşyaları, mobil telefon, samovar, kondisioner mühərriki, televizor və qaynaq aparatı oğurlaması da müəyyən olunub.
Gədəbəy rayonunun Çiçəkli kənd sakini F.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çiçəkli kənd sakini F.Quliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
08.11.2022
Noyabrın 8-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Volkswagen” markalı avtomobili oğurlamaqda şübhəli bilinən V.Hüseynli saxlanılıb
Noyabrın 7-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində nasaz vəziyyətdə olan “Volkswagen” markalı avtomobilin oğurlanması barədə Sabunçu RPİ 13-cü Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini V.Hüseynli müəyyən edilərək saxlanılıb.
Gəncə şəhəri ərazisindəki 3 qarajdan oğurluq etməkdə şübhəli bilinən şəhər sakinləri A.Quliyev və O.Kulaib saxlanılıblar
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də şəhər ərazisindəki 3 qarajdan ümumilikdə 8250 manat dəyərində məişət əşyaları və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Quliyev və əvvəllər məhkum olunmuş O.Kulaib saxlanılıblar.Araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisindəki evlərin birindən 6100 manat oğurlamaqda şübhəli bilinən O.Şikarlı saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 7-də şəhər ərazisindəki evlərin birindən 6100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Şikarlı saxlanılıb.Araşdırma aparılır.
Goranboy rayonunun Səfikürd kənd sakini E.Abdullayevdən 12 qramdan artıq marixuana, narkotik vasitəni satmaqda şübhəli bilinən Q.Abbasovdan isə 1 kiloqramdan artıq marixuana, çətənə toxumu və silah-sursat götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səfikürd kənd sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 12 qramdan artıq marixuana aşkar olunub.Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Şəfəq kənd sakini Q.Abbasovdan kustar üsulla hazırlanmış bıçaq, kəndin ərazisindəki fermasına baxış zamanı isə 1 kiloqram 250 qramdan artıq marixuana, çətənə toxumu, 2 ədəd “F-1” qumbarası, 5 ədəd tüstüverici şaşka, 198 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Gəncə şəhər sakini E.Rzayevdən 1 kiloqramdan artıq heroin və 385 qram marixuana götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 107 qramdan artıq heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.
Qəbələ rayonunun Məmmədağalı kənd sakinləri P.Ağayevdən və qardaşından silah-sursat götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədağalı kənd sakinləri P.Ağayevdən qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi, 2 ədəd patron və qardaşı Təbrizdən qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
07.11.2022
Noyabrın 7-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.