Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Həsənov müəyyən olunaraq saxlanılıb
07.10.2022
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Füzuli rauonunun Böyük Bəhmənli kənd sakini E.Səfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Böyük Bəhmənli kənd sakini E.Səfərovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 7-də saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Y.Salmanov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən həmyerlisi Nəhayət Bayramovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
06.10.2022
Oktyabrın 6-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Həsənova müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Həsənova müəyyən olunaraq saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Səlimzadə müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Səlimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Məmmədov müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini E.Əzizadənin 1000 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bank hesabından 725 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini O.Quliyev müəyyən olunaraq saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 31-də Bakı şəhər sakini E.İmamquliyevin bank hesabından 725 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini O.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini E.Əzimov saxlanılıb
Abşeron Rayon Polis İdarəsinə oktyabrın 5-də Xırdalan şəhəri ərazisindən Bakı şəhər sakini A.Böyükkişiyevə məxsus “Daewoo Gentra” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzimov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Xanmirzəyev saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir mağazadan 500 manat pul, 1300 manat dəyərində tərəzi, tütün məmulatları, telefon aksesuarları və 2 ədəd mobil telefon, bir həyətdən isə 200 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev saxlanılıb. Araşdırma aparılır.