Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xətai rayonu ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən A.Hacıyev saxlanılıb
11.11.2022
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağdaş rayonunun Qobuüstü kənd sakinləri E.Şərifovdan və Ə.Osmanovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qobuüstü kənd sakinləri E.Şərifovdan və Ə.Osmanovdan qanunsuz saxladıqları “İJ” markalı 2 ədəd ov tüfəngi götürülüb.
Bakıda mağazadan 31 min manatlıq 13 ədəd “İphone” markalı mobil telefon oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb
Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib. Belə ki, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib. Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
10.11.2022
Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gəncə şəhər sakini Səttar Cəlilov arvadı Hüsniyyə Quliyevaya bıçaqla ağır bədən xəsarətləri yetirməsi, sonradan isə özünü öldürməsinə əsaslı şübhələr müəyyən edilib
Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə noyabrın 10-da saat 20 radələrində şəhər sakini Hüsniyyə Quliyevanın yaşadığı evdə ağır bədən xəsarətləri alması barədə məlumat daxil olub.Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Səttar Cəlilovun yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı H.Quliyevaya bıçaqla ağır bədən xəsarətləri yetirməsi, sonradan isə özünü öldürməsinə əsaslı şübhələr müəyyən edilib.H.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.Faktla bağlı cinayət işi başlanılıb.
Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 10-da saat 6 radələrində Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində Düz Qırıqlı kənd sakini F.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Xatınlı kənd sakini Vəli Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dələduzluq etmiş Cəlilabad rayon sakini C.Zeynalov tutulmuşdur
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında Cəlilabad rayon sakini C.Zeynalovun xaricdən kartof gətirəcəyi adı ilə aldadıb həmyerlisi Ş.Hüseynovdan 265.000 manat və Gədəbəy rayon sakini R.Əsgərovdan 647.000 manat pul alması barədə müraciət daxil olub.Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində C.Zeynalov tutulub.
Məktəbdən 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Rzayev saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbdən 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Rzayev saxlanılıb.Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Qeysabulla Dadayev yerləşdirildiyi xəstəxanada ölmüşdür
Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini V.Məmişov saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunda oktyabr ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. İdarə və ərazi polis orqanlarının oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 39 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.