DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunda mağazadan ümumi dəyəri 24 min manat olan 9 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb

22.11.2022

Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib. Naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.
Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb. 
Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

22.11.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub 22.11.2022
  • Nərimanov rayonu ərazisində silah-sursat tapılıb 22.11.2022
  • İmişli rayonunun Ağaməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi 22.11.2022
  • Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 22.11.2022
  • Masallı rayonu, Qızılağac kənd sakini Etibar Məmmədovu qətlə yetirməkdə şübhəli biilnən M.İskəndərov tutularaq istintaqa təhvil verilib 22.11.2022
  • Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramazan Kərimov və Əli Vəliyev saxlanılıb, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən olunub 22.11.2022
  • Oğurluqda şübhəli bilinən Tovuz rayon sakini N.Hüseynov saxlanılıb, daha 2 nəfərin şəxsiyyəti müəyyən olunub 22.11.2022
  • Oğurluqda şübhəli bilinən Şəki rayon sakini V.Hümmətov saxlanılıb 22.11.2022
  • Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə müəyyən edilərək saxlanılıb 22.11.2022
  • Astara rayonunun Burzuband kənd sakini Ş.Eynullayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 22.11.2022
  • Oğurluqda şübhəli bilinən Salyan rayon sakini R.Salmanov saxlanılıb 22.11.2022
  • Quba şəhər sakini E.Kərimovdan qanunsuz saxladığı 3 ədəd ov tüfəngi götürülüb 22.11.2022
  • İmişli rayon sakini F.Novruzovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 22.11.2022
  • İmişli şəhər sakini E.Nəsirovun evinə baxış zamanı oradan 6 kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar edilərək götürülüb 22.11.2022
  • Tərtər rayonunun Kovdadıq kənd sakini İ.Quluzadənin yaşadığı evə baxış zamanı oradan qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb 22.11.2022
  • İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub 22.11.2022
  • Qanunun tələblərinin icrası diqqət mərkəzindədir 22.11.2022
  • Səbail rayonunda mağazadan ümumi dəyəri 24 min manat olan 9 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb 22.11.2022