Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar
29.11.2022
Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər. Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
28.11.2022
Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Bağırzadə müəyyən edilərək saxlanılıb
Noyabrın 26-da saat 22 radələrində Xətai rayonunun G.Şıxlinski küçəsində bir nəfərin Bakı şəhər sakini İ.Zeynalova zor tətbiq edib pulunu və gümüş qolbağını talaması barədə polisə məlumat daxil olub.Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Bağırzadə müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Mehdiyev müəyyən olunaraq saxlanılıb
Metropolitendə Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Mehdiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Əhmədov və Biləsuvar rayon sakini A.Abışov müəyyən olunaraq saxlanılıblar
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Əhmədov və Biləsuvar rayon sakini A.Abışov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Nəsirov müəyyən olunaraq saxlanılıb
Qaradağ rayonunun Qobustan qəsəbəsindəki evlərin birindən 4100 manat dəyərində kombi, mətbəx və məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Nəsirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini Ş.Ağayev müəyyən olunaraq saxlanılıb
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Ağayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən “Azərlotereya” məntəqəsindən 600 manat dəyərində lotereyanın oğurlanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb. Araşdırma aparılır.
Cəlilabad Rrayonunun Hamarqışlaq kənd sakini Ə.Aşurovun idarə etdiyi avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hamarqışlaq kənd sakini Ə.Aşurovun idarə etdiyi “Volskwagen” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ-63” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Beyləqan rayon sakinləri M.Cabbarovdan, H.Məhərrəmovdan və B.Əmirovdan qanunsuz saxladıqları 3 ədəd ov tüfəngi aşkar olunaraq götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri M.Cabbarovdan, H.Məhərrəmovdan və B.Əmirovdan qanunsuz saxladıqları “İJ-16” markalı 3 ədəd ov tüfəngi aşkar olunaraq götürülüb.