Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Cəlilabad rayon sakini A.Mirzəyeva vurulub
29.11.2022
Noyabrın 29-da saat 6 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Afaq Mirzəyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz dəmir yolu stansiyasının ərazisindən drossel transformatorunu oğurlamaqda şübhəli bilinən N.Üzdənov saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 28-də Xaçmaz dəmir yolu stansiyasının ərazisindən 1 ədəd drossel transformatoru oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.Üzdənov saxlanılıb.Araşdırma aparılır.
Oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan A.Həşimova saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan A.Həşimova saxlanılıb.Araşdırmalarla onun paytaxtın Yasamal rayonu ərazisindəki mağazaların birində bir qadının çantasından 250 manat pulunu, sənədlərini və bank kartlarını oğurlaması da müəyyən olunub.
Binəqədi rayonu ərazisindəki evlərin birindən kombi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1200 manat dəyərində kombi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb.Araşdırma aparılır.
Oğurluğa görə axtarışda olan Sumqayıt şəhər sakini Q.Kərimov saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.Araşdırmalarla onun 3 avtomobildən pul, qızıl boyunbağı, bank kartları və sənədlər oğurlaması da müəyyən olunub.
Quldurluq etdiyinə görə tutulan M.Abbaszadənin Xırdalan şəhərindəki köşklərin birindən pul talaması və bir vətəndaşın pulunu hədə-qorxu ilə alması da müəyyən olunub
Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla quldurluq etdiyinə görə tutulan M.Abbaszadənin Xırdalan şəhərindəki köşklərin birindən soyğunçuluq yolu ilə 230 manat pul talaması və Bakı şəhər sakini V.Quliyevin 600 manat pulunu isə hədə-qorxu gəlməklə alması da müəyyən olunub.
Yevlax rayonunda 26 yaşlı bir qızı evlənmək məqsədi ilə oğurlayan şəxs saxlanılıb
Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də saat 9 radələrində 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.Araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.Araşdırma aparılır.
Bərdə rayonunun Alaçadırlı kənd sakini R.Pənahovdan qanunsuz saxladığı ov tüfəngi və 6 ədəd patron götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Alaçadırlı kənd sakini R.Pənahovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 6 ədəd patron aşkar edilərək götürülüb.
Kürdəmir rayonunun Şilyan kənd sakini Ə.Mustafayev qanunsuz ov etdiyinə görə saxlanılıb
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şilyan kəndi ərazisində kənd sakini Ə.Mustafayev qanunsuz ov etdiyinə görə saxlanılıb.Ondan müvafiq sənədləri olan “Tula” markalı ov tüfəngi götürülüb.
Binəqədi rayonunda taksi sürücülərinə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb
Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib. Naməlum şəxs taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək hadisə yerindən uzaqlaşıb. Zərərçəkənlərin şikayətləri əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axatarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanılıb. Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Tural Binyətovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, 43-cu Polis Bölməsinə, "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.