Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub

23.11.2022

Noyabrın  23-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

23.11.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 23.11.2022
  • Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birində iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talamaqda şübhəli bilinən R.Mirzəyev saxlanılıb 23.11.2022
  • Paytaxtda pul ödəmə terminallarından müxtəlif üsul və vasitələrlə oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini Q.Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib 23.11.2022
  • Sabunçu qəsəbəsindəki evlərin birindən 760 manat pul və 3 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.İsmayılzadə saxlanılıb 23.11.2022
  • Sabunçu rayonunda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Mahmudov saxlanılıb 23.11.2022
  • Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Ş.Həsənov saxlanılıb 23.11.2022
  • Nərimanov rayonu ərazisindəki mənzillərin birindən 7500 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb 23.11.2022
  • Bakı şəhər sakini M.Rzayevdən 6 qramdan artıq heroin aşkar olunub 23.11.2022
  • Qaradağ rayonu ərazisində “Mazda” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini S.Niyazov vurulub 23.11.2022
  • Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakinləri B.Qasımov və Q.Fərhadov vurulub 23.11.2022
  • Siyəzən şəhəri ərazisində “Ford Transit” markalı yük avtomobili ilə piyada vurulub 23.11.2022
  • Ordubad rayonunun Dəstə kəndi ərazisində rayon sakini Maqsud Yusifli idarə etdiyi “Kia” markalı avtomobili aşırıb 23.11.2022