Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonu ərazisində idarə etdiyi avtomobildə yoxlama nəzarət qaydasında saxlanılan sürücü E.Fərzəliyevin narkotik vasitə qəbul etməsi müəyyən edilib
25.10.2022
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 21-də saat 19 radələrində Şəmkir rayonu ərazisində “Opel” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini E.Fərzəliyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunaraq Şəmkir rayon məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə E.Fərzəliyev nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 5 gün müddətinə inzibati qaydada həbs olunub.
Xətai rayonunun İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb
Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın 24-də saat 23 radələrində İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb. O, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilib.
Sabunçu rayonunun M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən oğurluğa cəhd göstərən paytaxt sakini F.Abdulov saxlanılıb
Sabunçu Rayon Mühafizə İdarəsinə oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Abdulov saxlanılıb. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat pul və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən T.Budaqov saxlanılıb
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat pul və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini T.Budaqov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonu ərazisində 3 həyətdən, 1 evdən və 1 mağazadan oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusifzadə saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 həyətdən, 1 evdən və 1 mağazadan 4 baş qoyun, inşaat materialları, təmir-tikinti alətləri, məişət əşyaları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Yusifzadə saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonu ərazisində üç evdən və bir kafedən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Mirzəyev saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən 4400 manat dəyərində avtomobil ehtiyat hissələri, məişət əşyaları, inşaat materialları, təmir-tikinti alətləri, bir kafedən isə 1100 manat dəyərində soyuducu mühərriki, naqil, bir nəfərin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Mirzəyev saxlanılıb. Araşdırma aparılır.
Tovuz rayonu ərazisindəki iki evdən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Rüstəmov saxlanılıb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər evdən isə 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini A.Rüstəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Sabirabad rayon sakini E.Babayev müəyyən edilməyən avtomobillə vurulub
Oktyabrın 25-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yolu keçən Sabirabad rayon sakini Elçin Babayev müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Sumqayıt şəhəri ərazisində şəhər sakini İ.Mahmudovu idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən yayınan sürücü C.Əliyev saxlanılıb
Oktyabrın 25-də saat 6 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini İman Mahmudov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21010” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Camal Əliyev saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Bərdə rayonunun Qarayusifli kəndi ərazisində “Mercedes” markalı avtomobillə “MTZ-80” markalı traktor toqquşub
Oktyabrın 25-də saat 20 radələrində Bərdə rayonunun Qarayusifli kəndi ərazisində rayon sakinləri E.İmanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə S.Məhərrəmovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişin Rəqsanə Kərimova hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.