Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonunda narkotik vasitələr qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb
02.12.2022
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Hünər Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib olunub. Hünər Mustafayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
01.12.2022
Dekabrın 1-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Mühafizə Polisi əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində oğurluğa cəhd edən iki nəfər saxlanılıb
Dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Füzuli rayon sakini A.Şükürov və Şirvan şəhər sakini M.Səfərov olmaları məlum olub. Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Qarayusifli müəyyən olunaraq saxlanılıb
Metropolitendə Polis Şöbəsinə metro stansiyalarında 2 sərnişinin mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qarayusifli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini K.Qədirovdan 40 qramdan artıq heroin və 47 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Qədirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq heroin və 47 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 7 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər qanunsuz dövriyyədən çıxarılıb
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Masallı rayon sakini O.Allahverdiyevdən ümumilikdə 5 kiloqram 820 qram narkotik vasitə, o cümlədən 1 kiloqram 935 qram tiryək, 3 kiloqram 885 qram marixuana və 100 ədəd metadon həbi, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovadan isə 1 kiloqram 260 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Şuşa rayonunun Daşaltı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb və nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib. Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Göygöl şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 1-də saat 20 radələrində Göygöl şəhəri ərazisində Yeni Zod kənd sakini E.Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub. Nəticədə avtomobildəki sərnişinlərdən Bəsti Aslanova hadisə yerində ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaradağ rayonunda strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb. Əməliyyat zamanı Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev tutularaq istintaqa təqdim ediliblər. Onlar kəsdikləri naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Faktlarla bağlı toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Qaradağ Rayon Polis İdarəsinə məlumat verə bilərlər.
Polis ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirləri davam etdirir
Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. 2022-ci ilin ötən dövrü ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 173, balıq və başqa su heyvanlarını tutmağa görə 99, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb. Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2433 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Bu istiqamətdə keçirilən birgə tədbirlər zamanı 10.800 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.