Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
30.11.2022
Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini Ü.İbayev saxlanılıb
Noyabrın 29-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini M.Əliyevin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Ü.İbayev saxlanılıb. Araşdırmalarla onun noyabrın 26-da Bakı şəhər sakini N.Hüseynovun mobil telefonunu soyğunçuluq yolu ilə talaması da məlum olub. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakinləri Ə.Qasımovdan 117 qrama yaxın, B.İlyasovadan isə 17 qramdan artıq heroin aşkar olunaraq götürülüb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Qasımovdan 117 qrama yaxın, B.İlyasovadan isə 17 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
İmişli rayonunun Oruclu kənd sakini S.Abdulovun idarə etdiyi avtomobildən qanunsuz saxladığı ov tüfəngi götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Oruclu kənd sakini S.Abdulovun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi götürülüb.
Yevlax şəhər sakini N.Şükürovdan 670 qram marixuana aşkar olunaraq götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Şükürovdan 670 qram marixuana aşkar olunaraq götürülüb.
Quba rayonunun İspik kəndi ərazisindən 4 ədəd nömrəsi silinmiş ov tüfəngi, 82 ədəd müxtəlif çaplı patron və tüfəngə aid lülə, qundaq və lülə birləşdirici tapılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İspik kəndi ərazisindən 4 ədəd nömrəsi silinmiş ov tüfəngi, 82 ədəd müxtəlif çaplı patron və tüfəngə aid lülə, qundaq və lülə birləşdirici tapılıb. Araşdırma aparılır.
Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 30-da saat 21 radələrində Masallı şəhəri ərazisində şəhər sakini İ.Paşayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Fatma Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Masallı Rayon Polis Şöbəsində araşdıma aparılır.
Ağdaş rayonunun Qəsil kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 30-da saat 13 radələrində Ağdaş rayonunun Qəsil kəndi ərazisində rayon sakinləri C.Cabbarovun idarə etdiyi “Mercedes” və R.Həmidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Həmidov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, həyat yoldaşı Bahar Həmidova orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Paytaxt və bölgələrdə 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb
Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını sındırmaqla orada olan maddi vəsaitləri oğurlayan əvvəllər məhkum olunmuş Qəzənfər Babayev tutularaq istintaqa təqdim edilib.Aparılan araşdırmalar zamanı onun paytaxtın Binəqədi, Pirallahı rayonları ilə yanaşı, Abşeron rayonu, Sumqayıt şəhəri, həmçinin Tovuz və İsmayıllı rayonlarında müxtəlif şəxslərə məxsus mağazalarda quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Qəzənfər Babayevin təkcə Abşeron rayonunun Saray, Masazır, Qobu, Digah və Mehdiabad qəsəbələrində yerləşən 12 mağazada quraşdırılan terminallardan oğurluq etdiyi müəyyən edilib. Qəzənfər Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
29.11.2022
Noyabrın 29-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.