Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini O.Süleymanov müəyyən olunaraq saxlanılıb
06.12.2022
Bakı şəhər sakini S.Səlimovun bank hesabından 1100 manatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini O.Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini C.Mirbağırovun idarə etdiyi avtomobilə baxış zamanı oradan tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Mirbağırovun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Dələduzluqda şübhəli bilinən Astara rayon sakini R.Fətəliyev müəyyən olunaraq saxlanılıb
Dekabrın 6-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı bazarında 3 nəfərin ümumilikdə 520 manatının dələduzluq yolu ilə alınması barədə polisə məlumat daxil olub. Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Astara rayon sakini R.Fətəliyev müəyyən olunaraq saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan E.Əlimuradovun və H.İsmayılovun etdikləri digər cinayət əməli də müəyyən edilib
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan E.Əlimuradovun və H.İsmayılovun daha bir mağazadan 950 manat pul və 8000 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən olunub.
Ağsu rayonunun Çiyni kənd sakini Q.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çiyni kənd sakini Q.Məmmədovdan qanunsuz saxladığı “BUM” markalı ov tüfəngi götürülüb.
Ov edən Şamaxı rayon sakini R.Əhmədovun tüfəngdən açdığı atəşdən İ.İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub
Dekabrın 5-də saat 22 radələrində Şamaxı rayonunun Pirqulu qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən rayon sakini R.Əhmədovun tüfəngdən açdığı atəşdən İ.İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.Araşdırma aparılır.
İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 6-da saat 21 radələrində İmişli şəhəri ərazisində şəhər sakini N.Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi S.Yaqubovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Paytaxtın Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub. Onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
05.12.2022
Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini A.Azizovs müəyyən olunaraq saxlanılıb
Bir nəfərin barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 2000 manatının alınması barədə polisə məlumat daxil olub.Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini A.Azizovs müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.