Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayon sakini M.Babayevin idarə etdiyi avtomobildən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
05.12.2022
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini M.Babayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Astara rayonunun Şahağacı kənd sakini F.Səmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahağacı kənd sakini F.Səmədovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Sumqayıt şəhəri ərazisində yolu keçən piyada müəyyən olunmayan avtomobillə vurulub
Dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən olunmayan avtomobillə vurulub və o, hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Kürdəmir rayonunun Qarasaqqallı kəndi ərazisində “KİA” markalı avtomobil kanala aşıb
Dekabrın 6-da saat 1 radələrində Kürdəmir rayonunun Qarasaqqallı kəndi ərazisində rayon sakini A.Qubadov idarə etdiyi “KİA” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və sərnişini R.Daşdiyev hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Astara rayonunun Asxanakəran kəndi ərazisində “VAZ-2121” markalı avtomobil dərəyə aşıb
Dekabrın 5-də saat 9 radələrində Astara rayonunun Asxanakəran kəndi ərazisində rayon sakini Z.Lələyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu R.Lələyev xəstəxanaya yerləşdirilib.Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Polisin keçirdiyi növbəti əməliyyat nəticəsində Bakı şəhərini narkotik maddələrlə təmin edən əsasən tədarükçülərdən biri də saxlanılıb
Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində küllli miqdarda narkotik vasitə və psixotrop maddənin paytaxt ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı payaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı Suraxanı rayonu ərazisində yerləşən evindən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş-qətranı aşkar edilib. İlkin sorğu zamanı İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istinqatla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Aparılan araşdırmalar nəticəsində İlham Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İlham Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Sonda qeyd edək ki, daxili işlər orqanları tərəfindən 2022-ci ilin əvvəlindən bu günə kimi qanunsuz dövriyyədən 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə çıxarılıb.
Yasamal rayonunda moped oğruları saxlanılıblar
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar. Tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri isə paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.Qeyd edək ki, Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.Faktlarla bağlı saxlanılan şəxslər barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
04.12.2022
Dekabrın 4-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Dadaşov saxlanılıb
Bakı şəhər sakini A.Ç-nı aldadan şəxsin hesabına pul köçürməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Dadaşov saxlanılıb. Araşdırmalarla onun daha 12 nəfəri aldadaraq dələduzluq yolu ilə hesasbına müxtəlif məbləğlərdə pul köçürməsi də müəyyən olunub. Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əsgərli saxlanılıb
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mağazaların birindən 2500 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əsgərli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.