DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunda narkotik vasitələr qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb

02.12.2022

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın  nəticəsində Hünər Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib olunub. Hünər Mustafayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib. 

02.12.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 02.12.2022
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini T.Əliyev saxlanılıb 02.12.2022
  • Səbail rayonunun Nizami küçəsində bir avtomobilin şüşəsini sındıraraq içərisindəki cüzdanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Varotnikov saxlanılıb 02.12.2022
  • Sabunçu rayonu ərazisindəki evlərin birindən pul və təmir-tikinti alətini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 02.12.2022
  • Xətai rayonu ərazisindəki köşklərin birindən 700 manat pulu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb 02.12.2022
  • Bərdə şəhəri ərazisində “Mazda” markalı avtomobillə şəhər sakini R.Gülməmmədova vurulub 02.12.2022
  • Suraxanı rayonunda narkotik vasitələr qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb 02.12.2022