Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt sakini S.Dadaşovun bank hesabından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini T.Rəhimov saxlanılıb
05.12.2022
Paytaxt sakini S.Dadaşovun bank hesabından 560 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini T.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində vətəndaş A.Raxmatulinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində bir neçə nəfərin quldurluq yolu ilə Bakı şəhər sakini A.Raxmatulinin mobil telefonunu talaması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri X.Mərdiyev, İ.Yusufov və H.Abbasov müəyyən olunaraq saxlanılıblar. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərinin birində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən E.Süleymanov saxlanılıb
Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan bir qadına qarşı soyğunçuluq edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini E.Süleymanov müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Ağcabədi rayon sakini D.İsmayılovun idarə etdiyi avtomobildən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini D.İsmayılovun idarə etdiyi “Shacman” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qaradağ rayonunun Ələt qəsəbəsində 3 marketdən oğurluqlar törətməkdə şübhəli bilinən qəsəbə sakinləri S.İsmayılov və İ.İbrahimov müəyyən olunaraq saxlanılıblar
Qaradağ rayonunun Ələt qəsəbəsində 3 marketdən pul, 1760 manat dəyərində tütün məmulatı, 1750 manat dəyərində modem, 2 ədəd prosessor, içərisində 264 manat pul olan kassa aparatı və kamera oğurlanması barədə polisə məlumatlar daxil olub. Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri S.İsmayılov və İ.İbrahimov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki mağazaların birində bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva saxlanılıb
Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Füzuli rayon sakini olan bir nəfərin bank kartından 2500 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Xaçmaz şəhər sakini O.Hüseynov saxlanılıb
Füzuli rayon sakini olan bir nəfərin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini O.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Goranboy rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən rayon sakini E.Yaqubov saxlanılıb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2545 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini E.Yaqubov saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan Tovuz rayon sakini A.Rüstəmovun rayon ərazisindəki daha bir mağazadan oğurluq etməsi müəyyən olunub
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan A.Rüstəmovun rayon ərazisindəki daha bir mağazadan 4 ədəd mobil telefon oğurlaması da müəyyən olunub.
Sabirabad rayonunun Şəhriyar kənd sakini Z.Səfərovun evindən qanunsuz saxladığı ov tüfəngi və 1 ədəd patron götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəhriyar kənd sakini Z.Səfərovun evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 1 ədəd patron aşkar olunaraq götürülüb.