Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şabran şəhər sakini A.Lalayevdən ov tüfəngi götürülüb
04.12.2022
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini A.Lalayevdən “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırmalarla onun ov tüfəngini şəhər sakini olan tanışı Q.Quliyevdən ov etmək məqsədi ilə götürməsi müəyyən olunub.
Tovuz rayonunun Alakol kəndi ərazisində rayon sakini E.Qasımovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü Ş.Quliyev saxlanılıb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 12-də Alakol kəndi ərazisində rayon sakini E.Qasımovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Volkswagen” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Qovlar şəhər sakini Ş.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində “Niva” və “Ford Transit” markalı avtomobillər toqquşub
Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini M.Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər sakini F.Mamedovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə M.Hüseynzadə və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində “Honda” markalı avtomobillə qəsəbə sakini R.İbrahimova vurulub
Dekabrın 4-də saat 18 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən qəsəbə sakini R.İbrahimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
03.12.2022
Dekabrın 3-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini N.Ağamaliyev müəyyən olunaraq saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında otaqların birində orada işləyən 5 nəfərin 1000 manata yaxın pullarının və mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polsə məlumat daxil olub. Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini N.Ağamaliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini N.Əbdürahibov müəyyən olunaraq saxlanılıb
Nizami rayonu ərazisində yerləşən lombardların birindən girov qoyulan 2 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əbdürahibov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Motosklet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Əligülzadə və Masallı rayon sakini Ü.Hüseynzadə müəyyən olunaraq saxlanılıblar
Yasamal rayonu ərazisində Bakı şəhər sakini E.Bağırova məsus “Tufan” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Əligülzadə və Masallı rayon sakini Ü.Hüseynzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakini A.Musayevin “Tufan” markalı mopedini oğurlamaları da müəyyən olunub.Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Seyidzadə müəyyən olunaraq saxlanılıb
Bakı şəhər sakini G.Hüseynovanın bank hesabından 236 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Seyidzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakinləri N.Şirinov və Ə.Əliyev saxlanılıblar
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qusarçay kəndi ərazisindəki marketlərin birindən içərisində 200 manat pul olan dəmir seyf, 1500 manat dəyərində tütün məmulatı və 90 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən rayon sakinləri N.Şirinov və Ə.Əliyev saxlanılıblar.Araşdırma aparılır.