Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qax rayonunun Xələftala kənd sakin Albina Papiaşvilini qətlə yetirməkdə şübhəli bilnən qardaşı tutularaq istintaqa təhvil verilib
04.11.2022
Qax Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 19 radələrində Xələftala kənd sakin Albina Papiaşvilinin üzərində xəsarətlər olan meyitinin şəhər ərazisində yaşadığı evdə tapılması barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə qardaşı J.Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək A.Papiaşvilini öldürüb hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində J.Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İşğaldan azad olunmuş ərazilərdə silah-sursat tapılıb
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə 1 ədəd “RPQ” markalı qumbaraatan, 2 ədəd “AKM” markalı avtomat silah, 3 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbarası, 10 ədəd “PQ-9” atım barıtı, 9900 ədəd patron və 16 ədəd avtomat patron darağı tapılıb.
Xaçmaz rayonunun Qadaşoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 4-də saat 12 radələrində Xaçmaz rayonunun Qadaşoba kəndi ərazisində Hacıisaoba kənd sakini Nadir Seyidov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə sürücü hadisə yerində ölüb.Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dələduzluq yolu ilə hesabına 2000 manat ödətdirməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq dələduzluq yolu ilə hesabına 2000 manat ödətdirməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov saxlanılıb.Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan E.Qafarovun B.Alışovun bank hesabından 62 manat, Z.Sofiyevin isə mobil telefonunu oğurlaması da müəyyən olunub
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan E.Qafarovun B.Alışovun bank hesabından 62 manat, Z.Sofiyevin isə mobil telefonunu oğurlaması da müəyyən olunub.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini T.Əlizadə saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində “Mercedes” markalı avtomobildən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əlizadə saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən S.Abdullayev saxlanılıb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 1-də A.Mahmudova məxsus mopeddən içərisində 1378 manat pul, bank kartı və sənəd olan cüzdanı oğurlamaqda şübhəli bilinən S.Abdullayev saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar
Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Mənzilin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib. Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən Polis Bölməsinə şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqlarda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqşin Hüseynov və Elman Əkbərzadə saxlanılıblar. Onlar ifadələrində həmin ərazidə yerləşən ümumilikdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər. Aqşin Hüseynov və Elman Əkbərzadədən oğurluq yolu ilə ələ keçirdikləri əşyaların bir qismi aşkar edilərək götürülüb. Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdIrmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
03.11.2022
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu ərazisində “Otocar” markalı sərnişin avtobusu ilə piyada vurulub
Noyabrın 3-də saat 21 radələrində Yasamal rayonu ərazisində Şamaxı rayon sakini A.Abbasov idarə etdiyi “Otocar” markalı sərnişin avtobusu ilə yolu keçən həmyerlisi Piri Məmişovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.