Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli Şirvan şəhər sakini E.Həsənov saxlanılıb
05.11.2022
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli şəhər sakini E.Həsənov saxlanılıb. Araşdırma aparılır.
Hazırladıqları saxta spirtli içkiləri gecə klublarında müştərilərə satan mütəşəkkil dəstənin üzvləri saxlanılıblar
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib. Nəticədə dəstənin üzvləri - Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov tutulublar. Müəyyən olunub ki, Mikayıl Abbasovla Elçin Mirzəyev paytaxta yaxın qəsəbələrdə gizli sexlər yaradaraq orada kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar. Daha sonra bu şəxslər spirtli içkilərin topdan satışı ilə məşğul olan Neman Abdullayev, eləcə Bakı şəhərində yerləşən “Gold Baku” və “Tunel” gecə klublarının sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənovla birgə cinayət əlaqəsinə girərək saxta spirtli içkilərin həmin obyektlərdə müştərilərə satışını təşkil ediblər.Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sexlərə, anbarlara və gecə klublarına baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsız olmaqla bərabər insan sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir.Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan hüquqazidd əməllərin hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Qeyd edək ki, Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
04.11.2022
Noyabrın 4 -də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Azyaşlı qızı qaçırmağa cəhd göstərməkdə şübhəli bilinən Zərdab rayonunun Körpükənd kənd sakini M.Məmmədov müəyyən olunaraq saxlanılıb
Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb. Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oktyabrın 29-da C.Novruzovanın çantasından pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini X.Nəcəfov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-da C.Novruzovanın çantasından 300 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Nəcəfov saxlanılıb.Araşdırma aparılır.
Göyçay rayon sakinləri E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar
Göyçay Rayon Polis Şöbəsinə noyabrın 5-də saat 2 radələrində Cəyirli kəndi ərazisində yerləşən kafedə 3 nəfərə kəsilmiş-çapılmış xəsarətlər yetirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin vaxt kafedə rayon sakinləri E.Mirzəliyevin, Kürdəmiş kənd sakini Z.Həsənovun və əvvəllər məhkum olunmuş T.Bayramovun münaqişə zəminində Kürdşaban kənd sakini P.Hüseynova bıçaqla çoxsaylı xəsarət yetirmələri, həmin vaxt onları aralaşdıran Kürdəmiş kənd sakini A.Yusifovun və Kürdşaban kənd sakini S.Rəhimovun kəsilmiş-çapılmış xəsarətlər almaları məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar. Xəstəxanaya yerləşdirilən P.Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Narkotik vasitə ilə tutulan Yevlax şəhər sakini R.Əliyevin evindən 3 kiloqramdan artıq marixuana götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə narkotik vasitə ilə tutulan şəhər sakini R.Əliyevin yaşadığı evə baxış zamanı oradan 3 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.
Ağstafa rayonunun Dağkəsəmən kənd sakini X.Böyükkişiyevdən marixuana götürülüb
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Dağkəsəmən kənd sakini, əvvəllər məhkum olunmuş X.Böyükkişiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 410 qram marixuana aşkar edilərək götürülüb.
Zaqatala rayon sakini Elxan Xəlilovun öldürməkdə şübhəli bilinən Q.Burqandinov tutularaq istintaqa təhvil verilib
Zaqatala Rayon Polis Şöbəsinə noyabrın 4-də saat 16 radələrində Fındıqlı kəndi ərazisində rayon sakini Elxan Xəlilovun öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini Q.Burqandinovun münaqişə zəminində spirtli içki şüşəsi ilə E.Xəlilovun baş nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Balakən rayon sakini R.Əhmədilovdan tapança və onun ləvazimatları götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Meşəşambul kənd sakini əvvəllər məhkum olunmuş R.Əhmədilovdan nömrəsi silinmiş yivli tapança, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb.