Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Salyan rayon sakinləri olan iki nəfərin bank hesablarından pullarının oğurlanması faktı ilə bağlı cinayət işi başlanılıb
09.12.2022
Salyan Rayon Polis Şöbəsində Kərimbəyli kənd sakinləri olan iki nəfərin bank hesablarından ümumilikdə 400 manat pullarının oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən kənd sakini S.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun rayon sakini olan daha iki nəfərin bank hesablarından ümumilikdə 600 manata yaxın pul oğurlaması da müəyyən olunub.
Hquqi şəxs Ə.Mehtiyev barəsində protokol tərtib olunub
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 7-də keçirdikləri növbəti tədbir zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi Mədən küçəsində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, həmçinin istehsalat və məişət tullantılarının qalaqlanması aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduğuna görə hüquqi şəxs Ə.Mehtiyev barəsində protokol tərtib olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Nəcəfov müəyyən olunaraq saxlanılıb
Metro stansiyasında Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan A.Hüseynovun daha 3 evdən oğurluq etməsi müəyyən olunub
Binəqədi RPİ 4-cü Polis Şöbəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan A.Hüseynovun daha 3 evdən pul, qızıl-zinət və məişət əşyaları, mobil telefon və geyim oğurlaması da müəyyən olunub.
Qəbələ rayon sakini T.Mustafayev qanunsuz ov etdiyi üçün saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini T.Mustafayev qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olan “Baikal” markalı ov tüfəngi və 14 ədəd patron götürülüb.
Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobillə yolu keçən paytaxt sakini Ş.Qasımova vurulub
Dekabrın 9-da saat 18 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Mirzəliyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən paytaxt sakini Ş.Qasımovanı vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində sərnişin avtobusu ilə piyada vurulub
Dekabrın 9-da saat 19 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Şərur rayon sakini M.Tağıyev idarə etdiyi “Otokar” markalı 85 saylı sərnişin avtobusu ilə qəsəbə sakini Ə.Kubarovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
08.12.2022
Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub
Dekabrın 8-də saat 11 radələrində Binəqədi rayonu ərazisində “İsuzu” markalı mikroavtobus yol nişanının tələbini pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Abşeron rayon sakini Kənan Həzrətquliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunaraq Binəqədi rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə K.Həzərətquliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Ağstafa rayon sakini Ş.Nağıyevin avtomobilindən 3 kiloqramdan artıq marixuana götürülüb
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Ağstafa rayon sakini Ş.Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 354 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.