Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayon sakini Ə.Zamanovdan qanunsuz saxladığı ov tüfəngləri götürülüb
16.12.2022
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini Ə.Zamanovdan qanunsuz saxladığı 2 ədəd “İJ-58” markalı ov tüfəngləri götürülüb.
6 il əvvəl Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus avtomobili qəsdən yandırmaqla məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri R.Süleymanov, O.Novruzov və B.Abdullayev müəyyən olunaraq saxlanılıblar
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 6 il əvvəl törədilən cinayətin üstü açılıb. 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri R.Süleymanov, əvvəllər məhkum olunmuşlar O.Novruzov və B.Abdullayev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini E.Dərgahov müəyyən olunaraq saxlanılıb
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini E.Dərgahov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini S.Süleymanov müəyyən olunaraq saxlanılıb
Metropolitendə Polis Şöbəsinə dekabrın 14-də metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini S.Süleymanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Quldurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Quliyev saxlanılıb
Dekabrın 15-də Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində Abşeron rayon sakini S.Quliyevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini S.Fərzəlizadə saxlanılıb, digərlərinin isə şəxsiyyəti müəyyən olunub
Səbail rayonu ərazisində Şamaxı rayon sakini olan bir nəfərin mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini S.Fərzəlizadə saxlanılıb, digərlərinin isə şəxsiyyəti müəyyən olunub. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Beyləqan rayonunun Türklər kənd sakini E.Maxmarovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Türklər kənd sakini E.Maxmarovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
İmişli rayon sakini Ə.Zamanovdan qanunsuz saxladığı 2 ədəd ov tüfəngləri götürülüb
Binəqədi rayonunda evlərdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub. Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub. Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.
Yeni Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanılıblar
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri 320 kiloqram metal parçalar aşkar edilib. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.