Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhər sakini R.Əsgərovun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 39 qrama yaxın heroin, 8 qram metamfetamin, 3 qramdan artıq marixuana və 2 ədəd elektron tərəzi götürülüb
18.12.2022
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Əsgərovdan heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 39 qrama yaxın heroin, 8 qram metamfetamin, 3 qramdan artıq marixuana və 2 ədəd elektron tərəzi götürülüb.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Ə.Vəliyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
Dekabrın 17-də saat 19 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.İsgəndərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Vəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada dekabrın 18-də orada ölüb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Salyan rayonunun Şəkərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 18-də saat 16 radələrində Salyan rayonunun Şəkərli kəndi ərazisində rayon sakini C.Mirzəyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən Ə.Abbasovu və onun əmisi oğlu M.Abbasovu vurub. Nəticədə hər iki piyada xəsarətlə xəstəxanaya yerləşdirilib, Ə.Abbasov orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 18-də saat 19 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində rayon sakini F.Vəliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən R.Əlimərdanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
17.12.2022
Dekabrın 17-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Tovuz şəhərindəki evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu saxlanılıb
Dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13.500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İsmayıllı şəhərindəki mağazaların birindəki seyfdən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini A.Hacıyev saxlanılıb
Dekabrın 3-də gecə saatlarında İsmayıllı şəhərindəki mağazaların birindəki seyfdən 25.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini A.Hacıyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən N.Novruzov saxlanılıb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Novruzov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad şəhər sakini Ş.Quliyevin avtomobilindən tiryək, sərnişinindən isə heroin götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ş.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan tiryək aşkar olunaraq götürülüb. Şəxsi axtarış zamanı onun sərnişini, Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş B.Rzayevdən isə heroin götürülüb.Davam etdirilən tədbirlərlə B.Rzayevin Bulaqlı kəndi ərazisində gizlətdiyi 450 qram heroin də aşkar olunaraq götürülüb.
Mingəçevir şəhər sakini V.Pirməmmədovdan marixuana və tiryək götürülüb
Mingəçevir Şəhər Polis Şşöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Pirməmmədovdan 18 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 23 qrama yaxın tiryək və 405 qram marixuana götürülüb.