Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gədəbəy rayonunun Qoşabulaq kənd sakini T.Qasımovdan ov tüfəngi və 4 ədəd patron götürülüb
17.12.2022
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qoşabulaq kənd sakini T.Qasımovdan “İJ” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.
Göyçay rayonunun Mallı Şıxlı kənd sakini Ş.Manafovdan ov tüfəngi götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mallı Şıxlı kənd sakini Ş.Manafovdan “TOZ” markalı ov tüfəngi götürülüb.
Biləsuvar rayonunun Aranlı kəndi ərazisində “İj Planet” markalı motosikletlə “VAZ-2107” markalı avtomobil toqquşub
Dekabrın 17-də saat 16 radələrində Biləsuvar rayonunun Aranlı kəndi ərazisində rayon sakinləri A.Əliyevin idarə etdiyi “İj Planet” markalı motosikletlə N.Əsədlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən motosikletçi ölüb.Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
16.12.2022
Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 6 il əvvəl törədilən cinayətin üstü açılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 6 il əvvəl törədilən cinayətin üstü açılıb.2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri R.Süleymanov, əvvəllər məhkum olunmuşlar O.Novruzov və B.Abdullayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində bir nəfərin cüzdanından bank kartını oğurlayaraq hesabından 1310 manatını çıxarmaqda şübhəli bilinən E.Dərgahov saxlanılıb
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini E.Dərgahov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Metro stansiyasında qatarda bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Süleymanov saxlanılıb
Metropolitendə Polis Şöbəsinə dekabrın 14-də metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini S.Süleymanov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində Abşeron rayon sakini S.Quliyevə qarşı quldurluq etməkdə şübhəli bilinən şəhər sakini İ.Quliyev saxlanılıb
Dekabrın 15-də Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində Abşeron rayon sakini S.Quliyevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir nəfərə qarşı soyğunçuluq edən şəxslərdə biri saxlanılıb, digərlərinin isə şəxsiyyəti müəyyən olunub
Səbail rayonu ərazisində Şamaxı rayon sakini olan bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini S.Fərzəlizadə saxlanılıb, digərlərinin isə şəxsiyyəti müəyyən olunub. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Beyləqan rayonunun Türklər kənd sakini E.Maxmarovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Türklər kənd sakini E.Maxmarovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.