Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qusar rayonunun Urva kənd sakini S.Ələsgərovdan marixuana və beşbarmaq aşkar olunaraq götürülüb
18.11.2022
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Urva kənd sakini, əvvəllər məhkum olunmuş S.Ələsgərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın, yaşadığı evə baxış zamanı isə oradan 438 qram marixuana və 1 ədəd beşbarmaq aşkar olunaraq götürülüb.
Zaqatala Regional Qaz İstismar İdarəsinə məxsus qaz xəttinin 12 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala Regional Qaz İstismar İdarəsinə məxsus qaz xəttinin 12 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə yolu velosipedlə keçən S.Əhmədov vurulub
Noyabrın 18-də saat 9 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində rayon sakini E.Ömərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu velosipedlə keçən Muğanlı kənd sakini Səlim Əhmədovu vurub. Nəticədə S.Əhmədov hadisə yerində ölüb. Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərimanov rayonunda yaşadığı evdə gizli sex yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb. Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Nərimanov rayonunda yaşayan Samir Qurbanov tutulub. Onun evində yaratdığı gizli sexə baxış zamanı kustar üsulla hazırladığı xeyli sayda araq, tekila, həmçinin müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar, texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsızdır. Faktla bağlı 16-cı Polis Bölməsində toplanan matetriallar Nərimanov Rayon Polis İdarəsinə göndəərilib, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 100 cinayətin açılması təmin olunub
17.11.2022
Noyabrın 17 -də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şamaxı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 16-da saat 20 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini E.Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri - həyat yoldaşı Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdirilib. Qadın orada ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 17-də saat 18 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən Gülayə Cavadi müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Cəlilabad rayon sakini Tosif Nəsirovu qətlə yetirməkdə şübhəli bilnən S.Bayramlı tutularaq istintaqa təhvil verilib
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə noyabrın 17-də Cəlilabad rayon sakini Tosif Nəsirovun xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Aparılmış araşdırmalarla S.Bayramlının münaqişə zəminində iş yoldaşı T.Nəsirova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
M.Qurbanovun evinə baxış zamanı oradan kustar üsulla hazırlanan 197 ədəd araq, 126 ədəd boş şüşə qablar, başlıqlar, markalar, 10 litr spirt və digər alətlər aşkar edilərək götürülüb
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Qurbanovun evinə baxış zamanı oradan kustar üsulla hazırlanan 197 ədəd araq, 126 ədəd boş şüşə qablar, başlıqlar, markalar, 10 litr spirt və digər alətlər aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Qobustan rayon sakini Ə.İmaməliyev və İsmayıllı rayon sakini N.Səmədov müəyyən olunaraq saxlanılıblar
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ə.İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş N.Səmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.