Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Məktəbdən 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Rzayev saxlanılıb
10.11.2022
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbdən 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Rzayev saxlanılıb.Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Qeysabulla Dadayev yerləşdirildiyi xəstəxanada ölmüşdür
Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini V.Məmişov saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunda oktyabr ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. İdarə və ərazi polis orqanlarının oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 39 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Abşeron rayonlarında 50 evdən oğurluq edən şəxs saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən axtarışda olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub. Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O, həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də həmin evdə düşürüb. Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əhliman Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Xətai rayonunda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar
Paytaxtın Xətai rayonunda yetkinlik yaşına çatmayan 2 nəfərə qarşı soyğunçuluq edən dəstə üzvləri saxlanılıblar. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər. Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdrəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
09.11.2022
Noyabrın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Q.Dadayev vurulub
Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Yasamal rayonu ərazisində “QAZ-24” markalı avtomobillə Qobustan rayon sakini A.Əliyeva vurulub
Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonu ərazisində Abşeron rayon sakini M.Quliyev idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Aynaxanım Əliyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhərində “VAZ-21074” markalı avtomobillə şəhər sakini F.Qocayeva vurulub
Noyabrın 9-da saat 9 radələrində Gəncə şəhərində Samux rayon sakini O.Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Firuzə Qocayevanı vurub. Nəticədə xstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə ŞBPİ 1-ci Polis Şöbəsində araşdırma aparılır.
Ucar rayonunun Qaradağlı kəndi ərazisində “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini Ə.Həsənov vurulub
Noyabrın 9-da saat 17 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Balakən rayon sakini F.Orucov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini Əbülfət Həsənovu vurub. Nəticədə Ə.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.