Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Salyan rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əzimov saxlanılıb
12.12.2022
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2050 manat pul, ərzaq məhsulları və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əzimov saxlanılıb. Araşdırma aparılır.
Salyan rayonunun Həsənli kənd sakini olan bir nəfəri öldürməklə hədələməkdə şübhəli bilinən rayon sakini M.Bədəlov müəyyən olunaraq saxlanılıb
Salyan rayonunun Həsənli kənd sakini olan bir nəfərin öldürülməklə hədələnməsi barədə polisə məlumat daxil olub. Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini M.Bədəlov müəyyən olunaraq saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.Araşdırma aparılır.
Lənkəran rayonu ərazisində ayrı-ayrı vaxtlarda 5 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Liman şəhər sakini A.Əzizli saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 5 avtomobildən mobil telefonlar, qızıl-zinət əşyası, qol saatı və içərisində geyim əşyaları olan çanta oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini A.Əzizli saxlanılıb. Araşdırma aparılır.
Quba şəhər sakini olan bir qadının evinə qumbara atmaqda şübhəli bilinən Abşeron rayon sakini O.Ağalı Sumqayıt şəhəri ərazisində saxlanılıb
Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb. Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açan şəhər sakini B.Qədirov saxlanılıb, ondan ov tüfəngi götürülüb
Dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini B.Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub. Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi başlanılıb.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “Daewoo” markalı avtobusla qəsəbə sakini U.Bağırov vurulub
Dekabrın 12-də saat 18 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
11.12.2022
Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gəncə şəhərində 4 nəfər arasında baş vermiş silahlı münaqişə nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb
Dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə daxil omuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.N.Bayramov və K.Bayramov xəstəxanaya yerləşdirilib, N.Bayramov orada ölüb.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam edir.
Paytaxtın Yasamal rayonu ərazisində iki qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əliyev saxlanılıb
Paytaxtın Yasamal rayonu ərazisində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan iki qadının mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində Xaçmaz rayon sakini O.Qəhrəmanova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Muradov saxlanılıb
Binəqədi rayonu ərazisində Xaçmaz rayon sakini O.Qəhrəmanovun 497 manatının açıq talama yolu ilə alınması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini R.Muradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.