Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu ərazisindəki mənzillərin birindən pul oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini M.Atlı saxlanılıb
21.12.2022
Binəqədi rayonu ərazisindəki mənzillərin birindən 2000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Lənkəran şəhər sakini M.Atlı müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ucar rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən T.Rzayev saxlanılıb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4270 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Rzayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Füzuli rayonunun Fin qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Dekabrın 21-də saat 8 radələrində Füzuli rayonunun Fin qəsəbəsi ərazisində Naftalan şəhər sakini A.Nazarov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini İ.İmdadlı hadisə yerində ölüblər.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
20.12.2022
Dekabrın 20-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarını çıxararaq oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarının çıxarılaraq oğurlanması barədə məlumatlar daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Əliyev, Bakı şəhər sakinləri A.Orucov və M.Rəhimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Şamaxı şəhəri ərazisində şəhər sakini E.Sadayevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakinləri Ü.Vahidov və N.Abdullayev saxlanılıblar
Dekabrın 20-də saat 3 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini E.Sadayevə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Əngəxaran kəndi ərazisində ağaca vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri Ü.Vahidov və N.Abdullayev saxlanılıblar. Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Quba rayonu ərazisində rayon sakini olan bir nəfəri odlu silahla vurulacağı ilə hədələməkdə şübhəli bilinən rayon sakini E.Mustafayevdən 2 ədəd tüfəng və onlara aid 200 ədəd patron götürülüb
Quba rayonu ərazisində rayon sakini olan bir nəfərin odlu silahla vurulacağı ilə hədələnməsi barədə polisə məlumat daxil olub. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini E.Mustafayevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olan “Forovel” və “MR-27” markalı 2 ədəd tüfəng və onlara aid 200 ədəd patron götürülüb.Araşdırma aparılır.
Ağdam rayonunun Ergi düzü ərazisində qanunsuz ov edən 3 nəfər saxlanılıb
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 20-də saat 4 radələrində Ergi düzü ərazisində qanunsuz ov edən 3 nəfər saxlanılıb. Onların Ağcabədi rayon sakinləri E.Əliyev, Ə.Qasımov və Ş.Həsənov olmaları müəyyən olunub.Ə.Qasımovdan qanunsuz saxladığı “UK” markalı ov tüfəngi götürülüb.
Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində “Hyundai” və “VAZ-2107”markalı avtomobillər toqquşub
Dekabrın 20-də saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Həsənovun idarə etdiyi “Hyundai” və Q.Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri A.Lütfəlizadə və onun bacısı Z.Lütfəlizadə hadisə yerində ölüb, avtomobillərdə olan 7 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunda narkotik vasitə qəbul edib sükan arxasında əyləşən və qəza törədən sürücü müəyyən edilib
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.Belə ki, Bülbülə qəsəbəsində yaşayan Fuad Əsgərliyə idarə etdiyi “VAZ 2106” markalı avtomobilin sükanı arxasında olan zaman “saxla” işarəsi verilib. Sürücü yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq edərək hərəkətini davam etdirib. Ramana qəsəbəsində Fuad Əsgərli idarəetməni itirib və avtomobili “Mersedes” markalı başqa avtomobilə vuraraq qəza törədib. İlkin sorğu zamanı sürücü nəqliyyat vasitəsini narkotik vasitə qəbul edərək idarə etdiyini bildirib. Təyin olunan ekspertizanın nəticəsində Fuad Əsgərlinin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu bir daha sübuta yetirilib. Həmçinin aparılan araşdırmalar zamanı sürücünün idarəetdiyi avtomobilin dövlət nömrə nişanını da dəyişdiyi və Suraxanı rayonunda dəfələrlə avtoxuiliqanlıq hərəktləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib. Sürücü barəsində protokol tərtib olunub. Fuad Əsgərlinin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.