Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
11.12.2022
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən mobil telefon və 2 ədəd avtomobil açarı oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini V.Qənbərov, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Orucov və Culfa rayon sakini, əvvəllər məhkum olunmuş K.Hüseynli saxlanılıblar. Şəxsi axtarış zamanı K.Hüseynlidən heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində Bakı şəhər sakini N.Namazova məxsus mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Maksimov saxlanılıb
Nəsimi rayonu ərazisində Bakı şəhər sakini N.Namazova məxsus mopedin oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Maksimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nizami rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 manat pul, 1200 manat dəyərində 4 ədəd qol saatı və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonu ərazisindəki bir avtoyuma məntəqəsindən 3220 manat dəyərində avadanlığı oğurlamaqda şübhəli bilinən D.Alışov saxlanılıb
Suraxanı rayonu ərazisindəki bir avtoyuma məntəqəsindən 3220 manat dəyərində avadanlığın oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Alışov saxlanılıb. Araşdırma aparılır.
Hacıqabul rayon sakini C.Babayevin 2200 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini C.Babayevin 2200 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Ə.Məmmədov və Bakı şəhər sakini E.Vəliyev saxlanılıblar.
Goranboy rayonunun Səfikürd kəndi ərazisində “Geely” və “VAZ-21099” markalı avtomobillər toqquşub
Dekabrın 11-də saat 13 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində rayon sakini İ.Zeynalovun idarə etdiyi “Geely” və Samux rayon sakini D.Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobildə olan sərnişin P.Rəhimli hadisə yerində ölüb.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub
Dekabrın 11-də saat 19 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Novxanı qəsəbə sakini İ.Pirverdiyevin idarə etdiyi “VAZ-2107” və Zəngilan rayon sakini İ.Cavadovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan İ.Cavadov xəstəxanaya aparılarkən ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində “VAZ-21154” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə çırpılıb
Dekabrın 11-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində rayon sakini B.Əsgərzadə idarə etdiyi “VAZ-21154” markalı avtomobili qarşıda gedən Göygöl rayon sakini A.Abbasovun idarə etdiyi “KamAZ” markalı yarımqoşqulu yük avtomobilinə vurub. Nəticədə “VAZ-21154” markalı avtomobildə olan sərnişin, Şirvan şəhər sakini A.Abuzərli hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonu ərazisində “Chevrolet” markalı avtomobillə Bakı şəhər sakini M.Tarverdiyeva vurulub
Dekabrın 12-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Z.Mustafayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini M.Tarverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
10.12.2022
Dekabrın 10-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.