Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan şəhər sakini M.Həsənovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
12.11.2022
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Həsənovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Orucov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 2 nəfərə məxsus velosiped və bir həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Orucov saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Hövsan qəsəbə sakini Q.Ağayev saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki köşklərin birindən 50 manat pul və 1300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Q.Ağayev saxlanılıb.Araşdırma aparılır.
Narkotik vasitə ilə tutulan K.Yəhyayevin törətdiyi cinayət əməlləri müəyyən olunub
Göyçay Rayon Polis Şöbəsində aparılan araşdırmalarla narkotik vasitə ilə tutulan K.Yəhyayevin rayon ərazisindəki evlərin birindən 2700 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd bank kartı oğurlaması da müəyyən olunub.
Şabran rayonunun Hacıqaraqaşlı kənd sakinləri N.İlyasovdan və F.İlyasovdan 2 ədəd ov tüfəngi götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqaraqaşlı kənd sakinləri N.İlyasovdan və F.İlyasovdan “İJ” markalı 2 ədəd ov tüfəngi götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
11.11.2022
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Maştağa qəsəbə sakini S.Müseyibovanı bıçaqla öldürməkdə şübhəli bilinən həyat yoldaşı V.Müseyibov tutularaq istintaqa təhvil verilib
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə noyabrın 11-də saat 21 radələrində Maştağa qəsəbəsində Sevinc Müseyibovanın öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Maştağa qəsəbəsində yaşayan V.Müseyibovun evində ailə münaqişəsi zəminində həyat yoldaşı Sevinci bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Müseyibov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Nərimanov rayonunun Z.Bünyadov prospektində “Baku Busa” məxsus “BMC” markalı xətt avtobusu ilə Sumqayıt şəhər sakini S.Mustafazadə vurulub
Noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi “Baku Busa” məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Novruzov saxlanılıb
Abşeron Rayon Polis İdarəsinə Saray qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının çantasından içərisində 500 manat, 50 ABŞ dolları və sənəd olan cüzdanının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Novruzov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Hacıqabul rayon sakinləri K.Kərimovdan və Ə.Alcanovdan marixuana götürülüb
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hacıqabul rayon sakinləri K.Kərimovdan 7 qramdan artıq, idarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı isə 505 qram marixuana, Ə.Alcanovdan 7 qramdan artıq, idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə 502 qram marixuana aşkar olunaraq götürülüb.