Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonunun Çöldəllək kənd sakini S.Əmənovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
17.11.2022
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çöldəllək kənd sakini S.Əmənovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Qax rayon sakini İ.Həmidovdan 2 kiloqram 235 qram heroin və 540 qram marixuana aşkar edilərək götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Qax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həmidovdan 2 kiloqram 235 qram heroin və 540 qram marixuana aşkar edilərək götürülüb.
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini H.Quliyev saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir əcnəbi vətəndaşın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini H.Quliyev saxlanılıb.Araşdırmalarla onun Bakı şəhər sakini L.Əliyevanın içərisində bank kartları olan cüzdanını oğurlaması və hesabından 242 manatını çıxarması da müəyyən olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
16.11.2022
Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 16-da saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Ağaməli Nağıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində Əfsanə Nuruyevanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Şamaxı rayon sakini S.Nuriyev tutularaq istintaqa təhvil verilib
Abşeron Rayon Polis İdarəsinə noyabrın 16-da saat 16 radələrində Xırdalan şəhəri ərazisində Əfsanə Nuruyevanın öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Aparılmış araşdırmalarla Şamaxı rayon sakini S.Nuriyevin münaqişə zəminində həyat yoldaşı Əfsanəyə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nuriyevin olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Soyğunçuluq etməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynzadə saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Land Rover” markalı bir avtomobildən 2 ədəd mobil telefon, içərisində 400 manat pul və sənəd olan 3000 manat dəyərində çanta, “Hyundai” markalı digər avtomobildən isə çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynzadə saxlanılıb.Araşdırma aparılır.
Avtomobildən 4300 manat oğurlamaqda şübhəli bilinən Hacıqabul rayonunun Nəvahi kənd sakini R.Əliyev saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 16-na keçən gecə Nəvahi kəndi ərazisində “DAF” markalı bir avtomobildən 4300 manat oğurlamaqda şübhəli bilinən kənd sakini R.Əliyev saxlanılıb.Araşdırma aparılır.
Yardımlı rayon sakini R.Rəhmanovun qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qırxçıraq kəndi ərazisindəki fermaya baxış zamanı orada işləyən Yardımlı rayon sakini R.Rəhmanovun qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.