Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən marketlərin birindən ödəmə terminalını oğurlamaqda şübhəli bilinən L.Qənbərov saxlanılıb
22.12.2022
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Üçtəpə kəndində yerləşən marketlərin birindən içərisində 8780 manat olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş L.Qənbərov saxlanılıb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsi qaçırdığına görə tutulan R.Bağırovun velosiped oğurlaması da müəyyən olunub
Səbail RPİ 9-cu Polis Bölməsində aparılan araşdırmalarla nəqliyyat vasitəsi qaçırdığına görə tutulan R.Bağırovun əcnəbi vətəndaşa məxsus velosipedi oğurlaması da müəyyən olunub.
Saatlı şəhəri ərazisində R.Nağıyev idarə etdiyi avtomobillə yolu keçən iki piyadanı vurub
Dekabrın 22-də saat 19 radələrində Saatlı şəhəri ərazisində R.Nağıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən G.Bəkirova və qızı Nurayı vurub. Nəticədə uşaq hadisə yerində ölüb, anası isə xəstəxanaya yerləşdirilib. Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağstafa rayonunun Qırılı kəndi ərazisində Qazax RPŞ-nin əməkdaşı A.Alıyevin idarə etdiyi avtomobil ağaca çırpılıb
Dekabrın 23-də saat 1 radələrində Ağstafa rayonunun Qırılı kəndi ərazisində Qazax RPŞ-nin əməkdaşı A.Alıyev xidmətə gedərkən idarə etdiyi “Hyundai” markalı avtomobili əlverişsiz hava şəraiti səbəbindən ağaca vurub aşırıb və nəticədə hadisə yerində ölüb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
21.12.2022
Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş F.Buğluyev və qardaşı T.Buğluyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gəlinməklə 600 manatının və qızıl üzüyünün almaqda şübhəli bilinən Beyləqan rayon sakini A.Qəhrəmanov saxlanılıb
Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gəlinməklə 600 manatının və qızıl üzüyünün alınması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini A.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini R.Bağırov saxlanılıb
Dekabrın 4-də Binəqədi rayonu ərazisindən A.Bayramova məxsus “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırov saxlanılıb.Araşdırma aparılır.
Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini X.Mirişov avtomobillə birgə saxlanılılıb
Dekabrın 21-də saat 13 radələrində Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən F.Şirinova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini X.Mirişov avtomobillə birgə saxlanılılıb.Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Beyləqan rayon sakini M.Qarayevin evinin həyətində yanğın törətməkdə şübhəli bilinən Xocavənd rayon sakini V.Quliyevin tutularaq istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir
2021-ci il avqustun 17-də saat 3 radələrində Beyləqan rayonunun Xocavənd qəsəbəsində yaşayan M.Qarayevin evinin həyətində yanğın baş verib və yanğın qonşusu V.Məmmədovun evinin yardımçı təsərrüfatına keçib. Nəticədə M.Qarayevə məxsus 3500 kip ot, V.Məmmədova məxsus yardımçı təsərrüfat və orada yığılan 3,5 ton yem yanıb, ev quşları isə tələf olub.Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlin Xocavənd rayon sakini V.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Onun tutularaq istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.