Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini olan bir qadının bank kartını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Yusupov saxlanılıb
22.12.2022
Bakı şəhər sakini olan bir qadının bank kartını itirməsi və hesabından 135 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini R.Yusupov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağcabədi rayonunda Y.Ələkbərovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Ağcabədi rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Y.Ələkbərovdan 28 qramdan artıq heroin, 21 qrama yaxın metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə oradan 495 qram marixuana, 205 qram heroin və 160 qram metamfetamin götürülüb.
Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Abbasova qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Dekabrın 21-də Suraxanı qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini H.Abbasovun 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov, V.Nəsirov və M.Xanlarzadə saxlanılıblar. Araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən “Forland” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini T.Rəhimov avtomobillə birgə saxlanılıb
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini H.Əhmədova məxsus “Forland” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini T.Rəhimov avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Qobustan şəhəri ərazisindəki mağazaların birindən 29 qutu pirotexniki vasitə götürülüb
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 22-də Qobustan şəhəri ərazisindəki mağazaların birindən 29 qutu pirotexniki vasitə aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Daşkəsən rayonunun Təzəkənd kəndi ərazisində qanunsuz qaban ovladığına görə rayon sakini E.Allahverdiyev barəsində protokol tərtib olunub
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 22-də Təzəkənd kəndi ərazisində müvafiq sənədləri olan “TOZ-66” markalı ov tüfəngi ilə qanunsuz qaban ovladığına görə rayon sakini E.Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə protokol tərtib olunub.
Xaçmaz rayonunun Armudpadar kənd sakini A.Abdullayevdən ov tüfəngi götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Armudpadar kənd sakini A.Abdullayevdən lüləsi kəsilmiş “TOZ-BM” markalı ov tüfəngi götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.
İmişli rayonunun Gövhəli kənd sakini F.Cəfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gövhəli kənd sakini F.Cəfərovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb.
Oğurluq etdiyinə görə tutulan Ə.Atamovun müxtəlif vaxtlarda daha 6 evdən oğurluq törətməsi də müəyyən olunub
Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan Ə.Atamovun müxtəlif vaxtlarda daha 6 evdən ümumilikdə 5500 manat, 50 ABŞ dolları və 17250 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Ağcabədi rayonu ərazisindəki sexlərin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ş.Babazadə saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki sexlərin birindən 6000 manat dəyərində məişət əşyaları, su mühərriki, generator və 100 metr naqil oğurlamaqda şübhəli bilinən rayon sakini Ş.Babazadə saxlanılıb. Araşdırma aparılır.