Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqdan məzarların ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlamağa cəhd göstərən şəxs saxlanılıb
23.12.2022
Dekabrın 23-də İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqdan məzarların ətrafına çəkilmiş 16 ədəd dəmir barmaqlığı “Hyundai” markalı avtomobili ilə oğurlamağa cəhd göstərən şəxs İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ziliyev olması müəyyən olunub.Araşdırma aparılır.
Neftçala rayon Elektrik Şəbəkəsinin keçmiş inzibati binasının həyətindən 4 ton dəmir qırıntılarını oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb
Dekabrın 22-də Neftçala rayon Elektrik Şəbəkəsinin keçmiş inzibati binasının həyətindən 4 ton dəmir qırıntılarını “KamAZ” markalı avtomobillə oğurlamağa cəhd göstərən 3 nəfər Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların rayon sakinləri E.Əliyev, A.Həsənov və sürücünün S.Həsənov olmaları müəyyən olunub. Araşdırma aparılır.
Masallı rayonunun Öncəqala kəndi ərazisində “Kia” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı avtomobilə çırpılıb
Dekabrın 23-də saat 4 radələrində Masallı rayonunun Öncəqala kəndi ərazisində Lənkəran rayon sakini Ş.Fərəcov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə Ş.Fərəcovun sərnişinləri olan həyat yoldaşı Əminə və oğlu Aslan hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini P.Cəfərov vurulub
Dekabrın 23-də saat 11 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində Füzuli rayon sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini P.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə piyada vurulub
Dekabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini H.Nağızadə idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən X.Kərimovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
22.12.2022
Dekabrın 22-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabirabad rayon sakini T.Məstəliyevə məxsus həyətyanı sahədən və yardımçı təsərrüfatdan uzunqulaq əti aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini T.Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.
Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini C.Qarayevi idarə etdiyi avtomobillə vuran sürücü Ə.Bağırov saxlanılıb
Dekabrın 13-də Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini C.Qarayev yıxılaraq kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada ölüb.Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Bağırov saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının bank hesabından 2000 manatını oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini T.Əliyev saxlanılıb
Bakı şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini T.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.