Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobillə qəsəbə sakini M.Hümbətov vurulub
24.12.2022
Dekabrın 24-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Baxşəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini M.Hümbətovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobillə iki piyada vurulub
Dekabrın 24-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini C.Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən T.Əliyevanı və nəvəsi Tunarı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, Tunar orada ölüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
23.12.2022
Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Beyləqan şəhəri ərazisində şəhər sakini K.Fərzəliyevi münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən şəhər sakini R.Əliyev tutularaq istintaqa təhvil verilib
Dekabrın 23-də saat 17 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini K.Fərzəliyevin öldürülməsi barədə Beyləqan Rayon Polis Şöbəsinə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla şəhər sakini R.Əliyevin münaqişə zəminində bıçaqla xəsarət yetirərək K.Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xaçmaz rayonu ərazisindən “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini O.Xalıqov saxlanılıb
Dekabrın 23-də Xaçmaz rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və avtomobili qaçıran şəxsin Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədərək xəsarət alması və xəstəxanada ona ilkin tibbi yardım göstərilməsi müəyyən olunub. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini O.Xalıqov saxlanılıb.Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini A.Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Şükürov saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini A.Hüseynovun pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Şükürov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən bir şirkətin ərazisindən elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Baloğlanov və V.Tahirov saxlanılıblar
Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən bir şirkətin ərazisindən 4600 manat dəyərində 340 metr elektrik kabelinin oğurlanması barədə polisə məlumat daxil olub.Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Baloğlanov və V.Tahirov saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhər sakininin bank kartından pul oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Musayev saxlanılıb
Sumqayıt şəhər sakininin itirdiyi bank kartından 390 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Musayev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində bir avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Bərhən saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 19-da Gülüstan qəsəbəsi ərazisində “VAZ-2106” markalı bir avtomobildən 250 manat pul və sənədlər oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Bərhən saxlanılıb. Araşdırma aparılır.
Bərdə rayonunun Zümürxan kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini R.Xıdırov saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zümürxan kəndi ərazisindəki mağazaların birindən pul, 800 manat dəyərində tütün məmulatı və spirtli içkilər oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Xıdırov saxlanılıb. Araşdırma aparılır.