Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonu ərazisində oğurluq etdiyinə görə tutulan Ə.Atamovun daha 5 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub
25.12.2022
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan Ə.Atamovun daha 5 evdən 10.000 manatdan artıq pul və 5.500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Saatlı rayonu ərazisində qanunsuz ov edən bir qrup rayon sakini saxlanılıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov edən rayon sakinləri P.Astanov, Ə.Əliyev, E.Əliyev və Y.Nəsirov saxlanılıblar. Onlardan qanunsuz saxladıqları “İJ” markalı 4 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Xızı rayonunun Məşədihəsən kəndi ərazisində “Ford Transit” markalı avtomobil beton maneəyə çırpılıb
Dekabrın 25-də saat 8 radələrində Xızı rayonunun Məşədihəsən kəndi ərazisində Quba rayon sakini Ş.Qafarov idarə etdiyi “Ford Transit” markalı avtomobili beton maneəyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.
İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində “Honda” və “BMW” markalı avtomobillər toqquşub
Dekabrın 25-də saat 16 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində Bakı şəhər sakinləri S.Hacıyevin idarə etdiyi “Honda” və Q.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Q.İsmayılov və “Honda” markalı avtomobildə olan sərnişin, Laçın rayon sakini N.Nağıyev orada ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub
Dekabrın 25-də saat 19 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yolu keçən rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub və hadisə yerində ölüb.Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Astara rayonunun Pensər kəndi ərazisində “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən piyada vurulub
Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Kürdəmir rayonunun Atakişili kəndi ərazisində “Ford-tranzit” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı avtomobilin qoşqusuna çırpılıb
Dekabrın 25-də saat 22 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Balakən rayon sakini R.Qınçıyev idarə etdiyi “Ford-tranzit” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə “Ford-tranzit” markalı avtomobildə olan sərnişin E.Kərimov xəstəxanaya yerləşdirilib və orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
24.12.2022
Dekabrın 24-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Beyləqan rayon sakinləri M.Vəliyevdən və Ə.Məmmədovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri M.Vəliyevdən və Ə.Məmmədovdan qanunsuz saxladıqları “İJ” markalı 2 ədəd ov tüfəngi götürülüb.Araşdırma aparılır.
Salyan rayon sakini R.Balayevdən heroin götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş R.Balayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 368 qrama yaxın heroin götürülüb.Araşdırma aparılır.