Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu ərazisində yerləşən bazarda 3 nəfərin mobil telefonunu və cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Məmmədov saxlanılıb
26.12.2022
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən bazarda müxtəlif vaxtlarda 3 nəfərin mobil telefonunu və içərisində pul, sənəd, bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qanunsuz ağac kəsmə faktları üzrə cinayət işi başlanılıb
Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının kəsilməsi barədə polisə məlumatlar daxil olub. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Qazma kənd sakini K.Xəlilovun kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini M.Musayevin isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurmaları müəyyən olunub. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində “Ravon” markalı bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Əhmədov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Ravon” markalı bir avtomobildən mobil telefon, iki nəfərin isə mobil telefonlarını, içərisində pul və qızıl üzük olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayonunun Bolsulu kənd sakini M.Səfərəliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bolsulu kənd sakini, əvvəllər məhkum olunmuş M.Səfərəliyevdən qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.
Zaqatala rayonunun Lahıc kəndinin meşəlik ərazisində kənd sakini C.Muradov tüfəngdən açılmış atəş nəticəsində ölüb
Dekabrın 26-da saat 20 radələrində Zaqatala rayonunun Lahıc kəndinin meşəlik ərazisində kənd sakini C.Muradovun idarə etdiyi “Muravey” markalı motosikletin təkəri çuxura düşdüyündən əlindəki tüfəngdən açılmış atəş nəticəsində baş nahiyəsindən aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 26-da Abdulabad kəndi ərazisində qanunsuz ov edən Göyçay rayon sakinləri E.Səmədov, S.Babayev və onun oğlu saxlanılıb. S.Babayevdən “MR-27” və “İJ-18M” markalı ov tüfəngləri, 2 ədəd ov çantası və 8 ədəd giliz götürülüb.
Qəbələ rayonunun Laza kəndi ərazisində “QAZ-3110” markalı avtomobil dərəyə aşıb
Dekabrın 26-da saat 9 radələrində Qəbələ rayonunun Laza kəndi ərazisində rayon sakini M.Həsənov idarə etdiyi “QAZ-3110” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini M.Xasıyev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində “BMW” markalı avtomobillə şəhər sakini A.Qafarova vurulub
Dekabrın 26-da saat 19 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində B.Süleymanov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini A.Qafarovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması təmin olunub
25.12.2022
Dekabrın 25-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.