Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq əməlində şübhəli bilinən Qazax rayon sakini C.Abbasov müəyyən olunaraq saxlanılıb
27.12.2022
Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Qazax rayon sakini C.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan E.Ağamuradovun Bakı şəhər sakini E.Əliyevlə birgə daha bir mağazadan oğurluq etdiyi müəyyən olunub
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan E.Ağamuradovun Bakı şəhər sakini E.Əliyevlə birgə daha bir mağazadan 580 manat pul və 500 manat dəyərində telefon aksesuarları oğurlaması da müəyyən olunub. Əməliyyat tədbirləri ilə E.Əliyev də saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini F.Mehtiyev müəyyən olunaraq saxlanılıb
Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində rayon sakini R.Məmmədovun pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mehtiyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi (Soyğunçuluq) ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
2600 manat pul oğurlamaqda şübhəli bilinən Quba rayon sakini Ş.Qasımov saxlanılıb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki marketlərin birindən 2600 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Ş.Qasımov saxlanılıb. Araşdırma aparılır.
Salyan şəhər sakini K.Hənifəyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini K.Hənifəyevdən qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.Araşdırma aparılır.
Qanunsuz ov edən Kürdəmir rayon sakinləri O.Rəhimov, B.Cabbarov və N.Qənbərov saxlanılıblar
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlayır kəndi ərazisində qanunsuz ov edən Kürdəmir rayon sakinləri O.Rəhimov, B.Cabbarov və N.Qənbərov saxlanılıblar. Onlardan qanunsuz saxladıqları 1 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.
Mingəçevir şəhər sakini M.Mustafayevin idarə etdiyi avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mingəçevir şəhər sakini M.Mustafayevin idarə etdiyi “Mitsubishi” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ-34” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 27-də saat 17 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində Masallı rayon sakini M.Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarında dayanmış Lerik rayon sakini H.İmaşovu və ona məxsus “Ford Transit” markalı avtomobili vurub. Nəticədə H.İmaşov hadisə yerində ölüb, M.Ağayev isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
26.12.2022
Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nəsimi rayonu ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini E.Hüseynov saxlanılıb
Nəsimi rayonu ərazisində bir qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağcabədi rayon sakini E.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və cüzdanını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, “VAZ-2104” markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.Araşdırma aparılır.