Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt dəmir yolu stansiyasında elektrik qatarının vaqonlarından birinin yan şüşəsini sındırmaqda şübhəli bilinən 16 yaşlı İ.Hacızadə müəyyən olunaraq saxlanılıb
28.12.2022
Dekabrın 27-də Sumqayıt dəmir yolu stansiyasında dayanmış sərnişin elektrik qatarının vaqonlarından birinin yan şüşəsinin sındırılması barədə polisə məlumat daxil olub.NBPİ Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 16 yaşlı İ.Hacızadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini E.Hüseynliyə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Sumqayıt sakini T.Mehdiyev saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini E.Hüseynlinin üzlüyündə 300 manat pulu olan mobil telefonununu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş T.Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Salyan şəhər sakini Ş.Babayevin evindən narkotik vasitələr, ov tüfəngi və patronlar aşkar olunaraq götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Babayevin evinə baxış zamanı oradan 43 qrama yaxın heroin, 293 qrama yaxın marixuana, 2 qrama yaxın metamfetamin, 1 ədəd “TOZ-8” markalı ov tüfəngi və 37 ədəd patron aşkar olunaraq götürülüb.
Ağsu rayon sakini V.Vahidovadan qanunsuz saxladığı 2 ədəd ov tüfəngi götürülüb
Dekabrın 28-də Kürdəmir rayonunun Qocalı kəndi ərazisində yerləşən fermasını Ağsu rayon sakini V.Vahidova icarəyə verən rayon sakinin ondan icarə pulunu ala bilməməsi, həmçinin həmin şəxsin onu tüfənglə hədələməsi barədə polisə məlumat daxil olub. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağsu rayon sakini V.Vahidovadan qanunsuz saxladığı “İJ” və “TOZ” markalı 2 ədəd ov tüfəngi götürülüb.
Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 28-də saat 1 radələrində Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində şəhər sakini H.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən “VAZ-2106” və “Daewoo” markalı iki avtomobillə toqquşub, sonra isə yolu keçən şəhər sakini R.Musayevi vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb, H.Məmmədov isə xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
27.12.2022
Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən sürücülər saxlanılıb
Dekabrın 27-də saat 10 radələrində Binəqədi rayonu ərazisindəki daimi postda Masallı rayon sakini R.Ağayevin idarə etdiyi “DAF” markalı yük avtomobili manevr qaydasını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.2-ci maddələri ilə protokol tərtib olunub. Abşeron rayon məhkəməsinin qərarı ilə R.Ağayev 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Narkotik vasitənin təsiri altında avtomobil idarə etmiş Bakı şəhər sakini R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 4 gün müddətinə inzibati qaydada həbs edilib
Dekabrın 27-də saat 15 radələrində Binəqədi rayonu ərazisindəki daimi postda Bakı şəhər sakini R.Həsənovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili manevr qaydasını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.2-ci maddələri ilə protokol tərtib olunub. Abşeron rayon məhkəməsinin qərarı ilə R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 4 gün müddətinə inzibati qaydada həbs edilib.
Bank hesablarından pul oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini M.Məmmədov, Bakı şəhər sakinləri R.Əliyev və qardaşı A.Əliyev müəyyən olunaraq saxlanılıblar
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Salyan rayon sakini olan bir nəfərin bank hesabından 1422 manatını, Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 80 manatını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini M.Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Əliyev və qardaşı A.Əliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Quldurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini Ş.Ağayev müəyyən olunaraq saxlanılıb
Nəsimi rayonu ərazisində Bakı şəhər sakini M.İbiyevin pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.