Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini Ə.Yediyarov saxlanılıb
29.12.2022
Bakı şəhər sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan 1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat daxil olub. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Yediyarov saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki mağazaların birindən 3 ədəd noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini N.Mirzəyev saxlanılıb
Binəqədi rayonu ərazisindəki mağazaların birindən 5300 manat dəyərində 3 ədəd noutbuk və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini N.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov saxlanılıb
Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 15.000 manat, 5.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabirabad şəhəri ərazisindəki üç küçədən kabelləri kəsərək oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki üç küçədən “Aztelekom” MMC-yə məxsus ümumilikdə 335 metr, Kürkəndi kəndi ərazisindən 495 metr və Suqovuşan kəndi ərazisindən 150 metr kabeli kəsərək oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb. Araşdırmalarla onun Qalaqayın kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik dirəklərinin alt hissəsində olan dəmir dayaqları və Məmişlər kəndi ərazisində “Aztelekom” MMC-yə məxsus 650 metr rabitə kabelini oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Goranboy rayonunun Azad kəndində xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq ictimai qaydanı pozan rayon sakini T.Tağıyevdən ov tüfəngi götürülüb
Dekabrın 29-da saat 19 radələrində Goranboy rayonunun Azad kəndində bir nəfərin ov tüfəngindən havaya atəş açması barədə polisə məlumat daxil olub. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Azad kənd sakini Tərviz Tağıyevin evinin qarşısında sərxoş halda xuliqanlıq zəminində özünə məxsus ov tüfəngindən havaya atəş açaraq ictimai qaydanı pozması müəyyən olunub. Polis əməkdaşları ondan müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürüblər.Araşdırma aparılır.
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırımaqda şübhəli bilinən V.Orucov saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 29-da Xırmandalı kəndi ərazisindən kənd sakini S.Quliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırımaqda şübhəli bilinən kənd sakini V.Orucov saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məmmədov və Z.Süleymanov saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Türkan qəsəbəsi ərazisində bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətdən 500 manat dəyərində elektrik naqili, gidrofor və 2 ədəd su mühərriki, bir kafedən samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov və Z.Süleymanov saxlanılıblar. Araşdırma aparılır.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “VAZ-21144” və “KamAZ” markalı avtomobillər toqquşub
Dekabrın 30-da saat 1 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində E.Əsədullayevin idarə etdiyi “VAZ-21144” və T.Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21144” markalı avtomobildə olan sərnişin Z.Mirzəliyev hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
28.12.2022
Dekabrın 28-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində rayon sakini A.Vəlibəyovu idarə etdiyi avtomobillə vuran sürücü L.Hacəhmədov saxlanılıb
Dekabrın 25-də saat 19 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yolu keçən rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə o, hadisə yerində ölüb.Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Xaçmaz şəhər sakini L.Hacəhmədov saxlanılıb.Araşdırma aparılır.