Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Naxçıvan şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb
30.12.2022
Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 28-nə keçən gecə Naxçıvan dəmir yolu stansiyası ərazisindəki kafelərin birindən 527 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Füzuli rayon sakinləri R.Savalanova və T.Məmmədova saxlanılıblar
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 30-da Bala Bəhmənli kəndində yerləşən çörəkbişirmə sexində S.Mirzəyevaya məxsus içərisində 860 manat, mobil telefon və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən rayon sakinləri R.Savalanova və T.Məmmədova saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Şirinovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Şirinovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Babayev saxlanılıb
Dekabrın 29-da saat 14 radələrində Nərimanov rayonunun İ.Abışov küçəsində yolu keçən Bakı şəhər sakini Ə.Hüseynov müəyyən edilməyən avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Babayev saxlanılıb. Araşdırma aparılır.
Saatlı rayonunun Şirinbəy kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 30-da saat 18 radələrində Saatlı rayonunun Şirinbəy kəndi ərazisində rayon sakini E.Osmanov sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında velosiped sürən İ.Şükürovu və C.Fətəliyevi vurub. Nəticədə C.Fətəliyev hadisə yerində ölüb, İ.Şükürov isə xəstəxanaya yerləşdirilib. Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Abşeron rayonunun Qobustan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 30-da saat 18 radələrində Abşeron rayonunun Qobustan kəndi ərazisində Xırdalan şəhər sakini S.Əzimov idarə etdiyi “Mercedes” markalı avtomobili dəmir məhəccərə vurub. Nəticədə xəsarət alan sürücü xəstəxanaya aparılarkən ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Nəticədə Q.Rəcəbov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
“TikTok”da bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirərək ona müraciət edənləri aldadan şəxs saxlanılıb
Paytaxt ərazisində polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək insanları aldadan, həmçinin bank kartlarından oğurluqlar edən şəxslər saxlanılıblar.
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
29.12.2022
Dekabrın 29-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Dekabrın 28-də saat 12 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Qırxlar Bədəlov idarə etdiyi “BMW” markalı avtomobillə qayda pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilməklə 400 manat məbləğində cərimə olunub.Məhkəmənin qərarı ilə Q.Bədəlov 2 il müddətində sürücülük hüququndan məhrum edilib.