Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Nuriyevdən 450 qram marixuana, 403 qram tiryək və 167 qram heroin aşkar edilərək götürülüb
01.01.2023
Şamaxı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 450 qram marixuana, 403 qram tiryək və 167 qram heroin aşkar edilərək götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Goranboy rayon sakini X.Əliyev saxlanılıb və ondan 8 kiloqram 412 qram marixuana, 1 kiloqram 135 qram heroin aşkar edilərək götürülüb
Samux RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılıb və ondan 8 kiloqram 412 qram marixuana, 1 kiloqram 135 qram heroin aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
31.12.2022
Dekabrın 31 -də ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Babək rayonunun Cəhri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Ötən il dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.Babək RPİ tərəfindən araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Ötən il dekabrın 31-də saat 14 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Qobustan rayon sakini K.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
Oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,100 qram heroin aşkar edilərək götürülüb.Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən olunub.
3 Goranboy sakinləri qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində Goranlı kənd sakini R.Əfəndiyev, Hazırəhmədli kənd sakini Z.Süleymanova və Şadılı kənd sakini V.Musayev qanunsuz saxladıqları 2 ədəd “İJ-16” və 1 ədəd “İJ-20” ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
30.12.2022
Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluqda şübhəli bilinən Naxçıvan şəhər sakini İ.Cəfərzadə müəyyən olunaraq saxlanılıb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 24-də şəhər ərazisindəki evlərin birindən televizor, kondisioner, kompüter, 3 ədəd xalça, qab-qacaq və balansında 3000 manat pul olan bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Cəfərzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.