Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş şəhər sakini R.Hacıyevin evindən 1 kiloqramdan artıq marixuana götürülüb
03.01.2023
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 57 qramdan artıq marixuana aşkar edilib.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 345 qram marixuana götürülüb.
Şamaxı rayonunun Şəhriyar qəsəbəsindəki həyətyanı sahələrin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini V.Quliyev saxlanılıb
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 25-dən yanvarın 2-dək olan müddətdə Şəhriyar qəsəbəsindəki həyətyanı sahələrin birindən 2100 manat dəyərində 1 ədəd otbiçən aparat, 4 ədəd dəmir boru, 2 ədəd kotanın dəmir hissəsi və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
02.01.2023
Yanvarın 2-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Dekabrın 29-da bir şəxsdən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini R.İbadzadə saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 29-da bir şəxsdən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini R.İbadzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu S.Vurğun küçəsindən “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb
Yanvarın 2-də saat 16 radələrində Nəsimi rayonu S.Vurğun küçəsi ev 60-ın qarşısından Bakı şəhər sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Şəmkir şəhərinin ərazisində “Hyundai” markalı avtomobil dirəyə çırpılıb
Yanvarın 2-də saat 3 radələrində Şəmkir şəhərinin ərazisində şəhər sakini S.Pənahov idarə etdiyi “Hyundai” markalı avtomobili dirəyə vurub. Nəticədə S.Pənahovun sərnişini həmyerlisi Məhərrəm Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini T.Məmmədli xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 20 cinayətin açılması təmin olunub
01.01.2023
Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 20, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 1-də saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər sakinləri V.Abdullayevin idarə etdiyi “Mercedes” və P.Əlizadənin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə V.Abdullayev, sərnişinləri A.Allahyarova və K.Namazova hadisə yerində, P.Əlizadə və sərnişini J.Aslanova xəstəxanada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 1-də saat 19 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini E.Əzizovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 1-də saat 10 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Çünzəli kənd sakini G.Cəfərov idarə etdiyi “Ford” markalı yük avtomobilini arxaya verərkən yolu keçən Xəlilabad kənd sakini N.Nuriyevanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.