Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindəki evlərin birindən pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Ə.Əsgərov saxlanılıb
04.01.2023
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 7400 manat, 3600 ABŞ dolları və 1000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əsgərov saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində “Mercedes” markalı avtomobil “Toyota” və “Khazar” markalı iki avtomobilə çırpılıb
Yanvarın 5-də saat 1 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini P.Hacılının idarə etdiyi “Toyota” və Abşeron rayon sakini Q.Orucovun idarə etdiyi “Khazar” markalı avtomobilləri vurub. Nəticədə L.Abdullayev və 3 sərnişini, habelə P.Hacılının sərnişini xəstəxanaya yerləşdirilib, L.Abdullayev orada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəsimi rayonunun R.Behbudov küçəsində “Khazar” markalı avtomobillə paytaxt sakini H.Tanrıverdiyev vurulub
Yanvarın 4-də saat 22 radələrində Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini K.Ələsgərov idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən paytaxt sakini H.Tanrıverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabul rayonunun Meyniman kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini B.Rəsulov vurulub
Yanvarın 3-də saat 22 radələrində Hacıqabul rayonunun Meyniman kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini B.Rəsulovu vurub hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev saxlanılıb.Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində “VAZ-2108” markalı avtomobillə kənd sakini Z.Neymətov vurulub
Yanvarın 4-də saat 18 radələrində Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində Şabran rayon sakini N.Yaqubov idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən kənd sakini Z.Neymətovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
03.01.2023
Yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qusar şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində soyğunçuluq törətməkdə şübhəli bilinən R.Həmidov saxlanılıb
Yanvarın 2-də saat 23 radələrində Qusar şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində rayon sakini, əvvəllər məhkum olunmuş R.Həmidov kassadakı 200 manat pulu talayıb və orada operator işləyən şəxsi dəyənəklə hədələyib.Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Həmidov saxlanılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.Araşdırma aparılır.
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil elektrik dirəyinə çırpılıb
Yanvarın 3-də saat 18 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində İmişli rayon sakini E.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. Nəticədə sürücü və sərnişini olan Ağstafa rayon sakini M.İsgəndərov hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 3-də saat 8 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Şərur rayon sakini N.Heydərov idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan qoşqulu avtomobili qarşıda gedən Lənkəran rayon sakini C.Fərzullayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurduqdan sonra hər iki avtomobil aşıb, “Mercedes” markalı avtomobilin dəmir yol ayırıcısına dəyməsi nəticəsində benzin alışıb və eyni istiqamətdə Füzuli rayon sakini Ə.Əliyev idarə etdiyi “Opel” markalı avtomobili “Mercedes” markalı avtomobilə vurub. Nəticədə N.Heydərov ölüb, Ə.Əliyev xəstəxanaya yerləşdirilib. Hər 3 avtomobilin yanar konstruksiyaları yanıb, yanğın saat 10 radələrində söndürülüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki 3 evdən inşaat materialları oğurlamaqda şübhəli bilinən E.Əliyev saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus 3 evdən inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.Araşdırma aparılır.