Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisindəki mağazaların birindən 4400 manat oğurlamaqda şübhəli bilinən S.Şirəliyev saxlanılıb
04.01.2023
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Minəxorlu kəndi ərazisindəki mağazaların birindən 4400 manat oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirəliyev saxlanılıb.
Bərdə rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Sədiyev saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 600 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Z.Sədiyev saxlanılıb.
Ağdaş rayonunun Pirəyir kənd sakini A.Məmmədovdan qanunsuz saxladığı tapança və 5 ədəd patron götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirəyir kənd sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovdan qanunsuz saxladığı “Naqan” markalı tapança və 5 ədəd patron götürülüb.
Samux rayonunun Burunqovaq kənd sakini T.Kərimovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Burunqovaq kənd sakini T.Kərimovdan qanunsuz saxladığı “Toz-16” markalı ov tüfəngi götürülüb.
Mingəçevir şəhər sakini F.Qasımovdan 415 qram marixuana və metamfetamin götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 415 qram marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Beyləqan rayonunun 1-ci Aşıqlı kənd sakini Ş.Yusifovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 1-ci Aşıqlı kənd sakini Ş.Yusifovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Bakı şəhər sakinləri Q.Qənbərova və qardaşına xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini S.Hacıyev saxlanılıb
Yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilərək saxlanılıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Dənizkənarı Milli Parkda Abşeron rayon sakini A.Həsənovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
2022-ci il dekabrın 31-də saat 23 radələrində Dənizkənarı Milli Parkda Abşeron rayon sakini A.Həsənovanın cibindən mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Y.Gəncəliyev, R.Kərimov və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Nəsibov saxlanılıblar.Araşdırmalarla onların Bakı şəhər sakini N.Nağıyevin içərisində 478 manat və bank kartı olan cüzdanını oğurlamaları da müəyyən olunub.
Qaradağ rayonu ərazisində “Azərişıq” ASC-yə məxsus avadanlıqları oğurlamaqda şübhəli bilinən D.Kərimli saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Lökbatan qəsəbəsi ərazisində “Azərişıq” ASC-yə məxsus məntəqənin həyətindəki saxlanc yerindən yağ açarları və ehtiyat avadanlıqları oğurlamaqda şübhəli bilinən D.Kərimli saxlanılıb.Araşdırmalarla onun qəsəbə ərazisində yerləşən transformatordan 7 ədəd mis lövhə və “Azərişıq” ASC-yə məxsus məntəqənin həyətindəki saxlanc yerindən yağ açarları, mis şinlər və ehtiyat avadanlıqlar oğurlaması da müəyyən olunub.
Nərimanov rayonunun A.Aqarunov küçəsində yerləşən Hospitalın həyətindən oksigen aparatını oğurlamaqda şübhəli bilinən N.Mirzəyev saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən Hospitalın həyətindən 5180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.Araşdırma aparılır.