Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində “VAZ-2107” markalı avtomobillə paytaxt sakini N.Qurbanova vurulub
05.01.2023
Yanvarın 5-də saat 20 radələrində Səbail rayonu ərazisində R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Qurbanovanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.Səbail RPİ tərəfindən araşdırma aparılır.
Ağcabədi rayonunun Boyat kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini B.Əsgərov vurulub
Yanvarın 4-də saat 12 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Zəngişalı kənd sakini Y.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini B.Əsgərovu vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və yanvarın 5-də orada ölüb.Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Astara rayon sakini A.Rzayevdən hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar. R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat 2 radələrində onu buraxmalarını bildirib. Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.Astara RPŞ tərəfindən araşdırma aparılır.
İmişli rayon sakini B.Əsədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
İmişli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini B.Əsədovdan qanunsuz saxladığı 1 ədəd “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Vətəndaş C.Fərzəliyevin bank kartından 240 manat pul oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini Y.Güləliyev saxlanılıb
Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Fərzəliyevin bank kartından 240 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Y.Güləliyev müəyyən edilərək saxlanılıb.
Yeni ilin ilk günündə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb
Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək qeyri-leqal yollarla Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin növbəti üzvü saxlanılıb.Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı əvvəllər məhkum olunmuş Fərhad Əliyev tutulub. Onun üzərindən 2 büküm ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə həşiş və əlavə olaraq narkotiklərin satışından əldə olunan pul vəsaitlərinin nağdlaşdırılması zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar olunub.İlkin sorğu zamanı Fərhad Əliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədi ilə Rusiya Federasiyasına göndərmək olub. Aparılan araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
04.01.2023
Yanvarın 4-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nizami rayonunun R.Rüstəmov küçəsində yerləşən məsciddən pul oğurlamaqda şübhəli bilinən A.Mirzəyev saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 4-də R.Rüstəmov küçəsində yerləşən məsciddən 910 manat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Mirzəyev saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki köşklərin birində orada işləyən S.Yəhyayevə bıçaqla xəsarət yetirib 1805 manat pulu quldurluq yolu ilə talamaqda şübhəli bilinən R.Bənnayev saxlanılıb
2022-ci il dekabrın 29-da saat 3 radələrində Yasamal rayonu ərazisindəki köşklərin birində bir nəfərin orada işləyən Şamaxı rayon sakini S.Yəhyayevə bıçaqla xəsarət yetirib 1805 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini R.Bənnayev müəyyən edilərək saxlanılıb.
Ağcabədi rayon sakini S.Vəliyevə məxsus fermadan 19 baş qoyun oğurlamaqda şübhəli bilinən Ş.Quliyev saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də S.Vəliyevə məxsus fermadan 5300 manat dəyərində 19 baş qoyun oğurlamaqda şübhəli bilinən Aran kənd sakini Ş.Quliyev saxlanılıb.