Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 75 cinayətin açılması təmin olunub
06.01.2023
Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Kürdəmir rayonunun Mürtülü kəndində K.Qurbanovanı öldürməkdə şübhəli bilinən əri P.Qurbanov tutularaq istintaqa təhvil verilib
Yanvarın 6-da saat 12 radələrində Kürdəmir Rayon Polis Şöbəsinə Mürtülü kəndində K.Qurbanovanın öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla əri P.Qurbanovun evdə münaqişə zəminində bıçaqla xəsarət yetirərək K.Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində P.Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Babək rayonunun Nehrəm qəsəbə sakini T.Abdullayevi öldürməkdə şübhəli bilinən R.Süleymanov tutularaq istintaqa təhvil verilib
Yanvarın 6-da saat 17 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini T.Abdullayevin öldürülməsi barədə polisə məlumat daxil olub.Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini R.Süleymanovun münaqişə zəminində T.Abdullayevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qanunsuz ov edən Kürdəmir rayon sakinləri C.Məmmədov və M.Məmmədovdan ov tüfəngləri götürülüb
Kürdəmir rayonu ərazisində qanunsuz ov edən rayon sakinləri C.Məmmədov və M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. C.Məmmədovdan sənədləri olan “İJ-58” markalı, M.Məmmədovdan isə qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngləri götürülüb.
Bakı şəhər sakinləri E.Əliyev və L.Qarinsevadan 3 kiloqram 10 qram heroin aşkar olunaraq götürülüb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri E.Əliyev və L.Qarinseva saxlanılıblar. Onlardan 3 kiloqram 10 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Narkotik vasitə saxlamaqda və satmada şübhəli bilinən Şəmkir rayon sakinləri E.Mustafaoğlu, Ə.Nəbiyev və İ.Hüseynov saxlanılıblar
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda və satmada şübhəli bilinən Şəmkir rayon sakinləri E.Mustafaoğlu, Ə.Nəbiyev və İ.Hüseynov saxlanılıblar. Ə.Nəbiyevdən 1 kiloqram 585 qram marixuana, İ.Hüseynovdan 1 kiloqram 320 qram heroin və 49 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Saatlı rayonunun Əbilkənd kənd sakini E.Şavqətovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əbilkənd kənd sakini E.Şavqətovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
Biləsuvar rayonunun Çaylı kəndi ərazisində yol-nəqlliyyat hadisəsi
Yanvarın 6-da saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini E.Cəbrayılov idarə etdiyi “Saipa” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb. Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
05.01.2023
Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xətai rayonu ərazisində R.Həşimovanı münaqişə zəminində kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinən əri İ.Həşimov tutulub
Yanvarın 6-da saat 4 radələrində paytaxtın Xətai rayonu ərazisində R.Həşimovanın öldürülməsi barədə rayon polis idarəsinə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri İ.Həşimovun münaqişə zəminində kəsici-deşici alətlə xəsarətlər yetirərək R.Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.