Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması təmin olunub
07.01.2023
Yanvarın 7-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
İmişli rayonunun Gövhərli E.Kərimovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Yanvarın 7-də İmişli rayonunun Gövhərli kəndində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini E.Kərimovun tüfəngdən havaya bir dəfə atəş açması müəyyən olunub və ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. O, izahatında əkin sahəsində vəhşi heyvanı qorxutmaq üçün havaya atəş açmasını bildirib. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Salahov saxlanılıb
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin oktyabr ayında və 2018-ci ilin mart ayında rayon ərazisində iki evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Salahov saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini T.Mehdiyevdən heroin aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Mehdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun yanvarın 3-də H.Z.Tağıyev qəsəbəsi ərazisində sərnişin qismində olduğu “Opel” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu alması da müəyyən olunub.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ş.Bayramov saxlanılıb
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini G.Abışovanın pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ş.Bayramov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Fermadan 32 baş qoyunun oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri İ.Əhmədli və V.Şahmarov saxlanılıblar
Yanvarın 4-də Masallı rayonunun Bədəlan kəndi ərazisində kənd sakini G.Əliyevə məxsus fermadan 32 baş qoyunun oğurlanması barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Əhmədli və V.Şahmarov saxlanılıblar. Araşdırma aparılır.
Gədəbəy rayonunun Arabaçı kənd sakini Ə.Əmiraslanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Arabaçı kənd sakini Ə.Əmiraslanovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.
Ucar rayon sakini A.Əliyevə məxsus yardımçı təsərrüfata baxış zamanı oradan 1 kiloqram 580 qrama yaxın marixuana aşkar olunaraq götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini A.Əliyevə məxsus yardımçı təsərrüfata baxış zamanı oradan 1 kiloqram 580 qrama yaxın marixuana aşkar olunaraq götürülüb. Araşdırmalarla onun həmin marixuananı həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırlaması müəyyən olunub.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 7-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Q.Qafarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi O.Axundzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Vətəndaşlara qarşı dələduzluq edən “Zamin Əmlak Agentliyi”nin direktoru və əməkdaşları həbs edilib
Onlar ümumilikdə 78 nəfərin 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq ediblər.Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu zərərçəkənlərə xüsusilə külli miqdarda ziyan vuran qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Belə ki, Xətai rayonunda fəaliyyət göstərən “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev, həmin agentliyin satış menecerlərin Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə şəxsi qarşı dələduzluq ediblər. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər. Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət İşi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir. Onlarn qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.