Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
08.01.2023
Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Goranboy rayonunun Qaramusalı kənd sakini R.Namazovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaramusalı kənd sakini R.Namazovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Beyləqan rayon sakinləri E.İsmayılzadədən, G.Abdullayevdən və E.Əliyevdən qanunsuz saxladıqları 3 ədəd ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri E.İsmayılzadədən, G.Abdullayevdən və E.Əliyevdən qanunsuz saxladıqları “İJ” markalı 3 ədəd ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Balakən rayonunun Qullar kənd sakini A.Motuxovdan nömrəsi silinmiş tapança, 1 ədəd patron və marixuana aşkar olunaraq götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş A.Motuxovdan nömrəsi silinmiş “PM” markalı tapança, 1 ədəd patron və marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakinləri T.Şahbazovdan 52 qramdan artıq, A.Salmanovdan isə 103 qramdan artıq heroin aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş T.Şahbazov və A.Salmanov saxlanılıblar. Şəxsi axtarış zamanı T.Şahbazovdan 52 qramdan artıq, A.Salmanovdan isə 103 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini M.Məmmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini R.İbrahimli saxlanılıb
Yanvarın 5-də saat 20 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Ağcabədi rayon sakini F.Yusifov müəyyən edilməyən avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini R.İbrahimli saxlanılıb. Araşdırma aparılır.
Salyan şəhər sakini Q.Ələsgərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Q.Ələsgərovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 8-də saat 12 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Y.Nağıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə R.Qurbanovun idarə etdiyi “Mercedes Ateco” markalı yük avtomobili toqquşub. Nəticədə Y.Nağıyevin sərnişinləri olan qardaşı Uğur və bacısı Əzizə hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qax rayonunun İngiloy Kötüklü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 8-də saat 20 radələrində Qax rayonunun İngiloy Kötüklü kəndi ərazisində N.Süleymanzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobili işıq dirəyinə və divara vurub. Nəticədə avtomobildəki sərnişin Ş.Kərimli xəstəxanaya yerləşdirilib və orada ölüb.Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.